Bu gün Qazaxıstanın paytaxtı Astanada dünya çempionu adı uğrunda final matçının 12-ci partiyası keçirildi.
CANLI
Chess.az xəbər verir ki, finalın 12 partiyasında çinli Dinq Liren əlinə düşən imkanından maksimum istifadə edərək ümumi hesabı bərabərlişdirdi. Belə ki, final matçının sonuna 2 partiya qalmış hazırda ümumi hesab 6:6-dır.
Sabah Bakı vaxtı ilə saat 13:00-da matçın 13-cü partiyasına start veriləcək. Qeyd edək ki, ümumilikdə final matçı 14 klassik partiyadan ibarətdir. Əgər bu partiyalarda qalib müəyyənləşməsə, finalda tay-brek oynanılacaq.
