SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri keçiriləcək

Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş jurnalistlər arasında şahmat turniri keçiriləcək.

  Chess.az, İdman Tv, Sports.az, Estafet.azİnSportun informasiya dəstəyi və ETOPAZ-ın baş sponsorluğu ilə baş tutacaq turnir  Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən təşkil olunacaq. Yarış mayın 9-da saat 15:00-da "Məmmədyarovlar Şahmat Məktəbində" keçrilicək.

   Qeyd edək ki, ETOPAZ əvvəlki illərdə də Ulu Öndərin xatirəsinə həsr olunmuş və hər il Ümummilli Liderin doğum günü ərəfəsində keçirilən  idman jurnalistləri arasında bu ənənəvi turnirə baş sponsorluq edib.

  Yarışda iştirak etmək istəyən media nümayəndələrindən aija.anar@gmail.com elektron poçt ünvanına aşağıdakı məlumatları göndərmələri xahiş olunur:
1) Ad və soyad;
2) Şəxsiyyət vəsiqəsinin surəti; 
3) Təmsil etdiyi KİV-dən verilən vəsiqənin surəti
Qeydiyyat üçün mayın 8-i, saat 18.00-a kimi müraciət oluna bilər.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss