Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı davam edir.
CANLI
Chess.az xəbər verir ki, artıq yarışın altı turu arxada qaldı. Keçirilmiş altı oyundan sonra Hindistan şahmatçıları Vuppala Praneth və Luka Mendoka, həmçinin Gürcüstan şahmatçısı Tornike Sanikidze 5 xalla yarış cədvəlinə liderlik edir. Onları aktivlərində 4.5 xalları olan yeddi şahmatçıdan ibarət qrup izləyir. Sevindirici haldır ki, bu yeddi şahmatçıdan beşi Azərbaycan şahmatçılarıdır. Bunlar, Aydın Süleymanlı, Nicat Abbasov, Eltac Səfərli, Rauf Məmmədov və Məhəmməd Muradlıdır.
Bu gün Bakı vaxtı ilə saat 15:15-də turnirin yeddinci turuna start veriləcək.

10-05-2023, 09:09