SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE Grand Prix": Günay turnir cədvəlinin ortalarında (CANLI YAYIM)

Kiprin Nikosiya şəhərində keçirilən qadınlar arasında "FİDE Grand Prix" seriyasının dördüncü mərhələsi yavaş yavaş finiş xəttinə yaxınlaşır.



CANLI

    Chess.az xəbər verir ki, 12 şahmatçının mübarizə apardığı turnirdə bu gün 10-cu turun oyunları keçiriləcək. Sabah keçiriləcək sonuncu turdan sonra isə, mötəbər yarışa yekun vurulacaq.


    Qeyd edək ki, "FİDE Grand Prix" seriyasında Azərbaycanı ölkənin ən güclü qadın şahmatçısı olan Günay Məmmədzadə təmsil edir. Günay keçirdiyi doqquz turdan sonra 4.5 xalla hazırda turnir cədvəlinin 6-9-cu yerləri bölüşür. 

   Bu gün Bakı vaxtı ilə saat 16:15-də start götürəcək 10-cu turda həmyerlimizin rəqibi gürcü Nana Dzaqnidze olacaq.   

   Xatırladaq ki, Günay Məmmədzadə "FİDE Grand Prix" seriyasının birbaşa iştirakçısı olmasa da, təşkilatçılar tərəfdən bu mötəbər turnirə qonaq qismində dəvət edilib. Onu da qeyd edək ki, bu Günayın seriyada qonaq qismində artıq ikinci çıxışıdır. İlk dəfə Məmmədzadə 2021-ci ildə belə bir dəvət almışdı. O vaxt Qibraltarda keçirilən mərhələ yarışında Məmmədzadə üçüncü olmuşdu. Belə turnirlərdə iştirak sössüz ki, güclü şahmatçımıza əlavə təcrübə qazandırır.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss