Norveçin Stavanger şəhərində ənənəvi "Norway Chess" şahmat superturniri davam edir.
CANLI
Chess.az xəbər verir ki, təəsüf ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarovun işləri hələ ki yaxşı getmir. İlk turda meydan sahibi Aryan Tari üzərində qələbədən sonra, Şah ardıcıl olaraq iki dəfə məğlub oldu. İkinci turda klassik partiyada Əlirza Firuzcaya məğlub olan Məmmədyarov, dünən klassikadakı bərabərlikdən sonra, Armaqedonda hindistanlı Qukeşə məğlub oldu. Keçirilmiş üç turdan sonra, Məmmədyarov 2.5 xalla 9-cu pillədə qərarlaşıb. Yarışın lideri isə aktivində 7.5 xalı amerikalı Fabiano Karuanadı. Əlirza Firuzca 6 xalla ikinci, Beş xalı olan Hikaru Nakamura isə üçüncüdür.
Bu gün turnirdə istirahət günüdür. Sabah isə Bakı vaxtı ilə saat 19:00-da start götürəcək dördüncü turda, Şəhriyar Özbəkistan şahmatçısı Nodirbek Əbusəttarovla üz-üzə gələcək.

2-06-2023, 09:12