SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“The Cairns Cup 2023": Günay Harikaya qarşı (CANLI YAYIM)

ABŞ-ın Sent Lyuis şəhərində dünyanın ən mötəbər qadın şahmat turnirlərindən biri hesab olunan “The Cairns Cup" davam edir.



CANLI

  Chess.az xəbər verir ki,  iyunun 13-dək davam edəcək yarışda ölkəmizi, Azərbaycanın ən güclü qadın şahmatçısı olan Günay Məmmədzadə təmsil edir. 

   Dünən gecə saatlarında turnirin üçüncü turun partiyaları  keçirildi. Məmmədzadə ağ fiqurlarla eks-dünya çempionu Aleksandra Kostenyukla bərabərə qaladı. Hazırda Günay 1.5 xalla turnir cədvəlinin 4-7-ci pillələrini bölüşür. 

   Xatırladaq Günaydan başqa "The Cairns Cup"-da  hindistanlılar Humpu Koneru Harika Dronavalli, İsveçrəni təmsil edən Aleksandra Kostenyuk, Gürcüstan təmsilçiləri Nana Dzaqnidze Bella Xotenaşvilli, Qazaxıstan şahmatçısı Jansaya Abdulmalik, alman Elizabet Payetz və meydan sahibləri İrina Kruşla Anna Zatonskix çıxış edirlər.

   Bu gün Bakı vaxtı ilə saat 22:30-da start götürəcək dördüncü turda Məmmədzadə hindistanlı şahmatçı Harika Dronavalli ilə qarşılaşacaq.


  Qeyd edək ki, “The Cairns Cup"-ın ümumi mükafat fondu 180 000 ABŞ dolları təşkil edir. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss