SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“The Cairns Cup 2023": Günay liderə qarşı (CANLI YAYIM)

Bu gün bir günlük fasilədən sonra ABŞ-ın Sent Lyuis şəhərində dünyanın ən mötəbər qadın şahmat turnirlərindən biri hesab olunan “The Cairns Cup" davam edəcək.



CANLI

  Chess.az xəbər verir ki, fasiləyədək keçirilmiş beşinci turda, yarışdakı yeganə təmsilçimiz olan Günay Məmmədzadə iştirak etməyib. Buna səbəb, Günayın rəqibi olan hindistanlı Humpu Konerunun oyuna çıxmaması olub. Humpu Günayla oyun öncəsi özünü pis hiss edərək, təşkilatçılara nəinki bu partiyaya, ümumiyyətlə yarışdan çəkildiyini barədə məlumat verib. Təşkilatçılar da öz növbəsində onun bu müraciətinə müsbət cavab verərək, indiyədək Konerunun yarışda keçirdiyi partiyaların nəticələrini ləğv edib. 

  Humpunun bu gedişi turnir cədvəlində müəyyən dəyişikliklərə səbəb oldu. Beləliklə, beş turdan sonra aktivində 3.5 xalı olan meydan sahibi Anna Zatotskix turnir cədvəlinin zirvəsində qərarlaşıb. Aktivində 2 xalı olan Günay isə, 5-7-ci pillələri bölüşür.  

   Bu gün Bakı vaxtı ilə saat 22:30-da start götürəcək altıncı turda, Məmmədzadə yarışın vahid lideri olan ABŞ şahmatçısı Anna Zatotskixlə qarşılaşacaq. 

  Xatırladaq ki, iyunun 13-də davam edəcək “The Cairns Cup"-ın ümumi mükafat fondu 180 000 ABŞ dolları təşkil edir. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss