SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

VAR sistemi şahmata gəldi!

Qırğızıstanın İssıkkul şəhərində davam edən uşaqlar arasında Qərbi Asiya çempionatında  ilk dəfə olaraq şahmatda VAR sistemi tətbiq olunur. 

 Chess.az xəbər veriri ki, FİDE-nin pilot layihə kimi tətbiq etdiyi bu yenilik şahmat idman növündə ilk dəfədir ki istifadə edilir. Yeni texnologiya idChess platforması üzərində çalışır. VAR (video assistant referee) sistemi çempionatda keçirilən partiyalarda mübahisəli məqamları izləməyə və hakimlərin belə məqamlarda daha ədalətli qərarların verilməsinə kömək edəcək. 

 Qeyd edək ki, VAR (Video assistant referee) idman yarışlarında hakimlərə kömək etmək üçün istifadə edilən texnolojı həlldir. VAR-dan bir çox idman növlərində o cümlədən yaxın illərdə futbolda da geniş istifadə edilir. Video köməkçi hakimlərə qollar, penaltilər və köbud qayda pozuntuları zamanı gözdən qaçan məqamlarda kömək edir. Eyni zamanda hakimlər həmin anların video təkrarını izləmək və qərar vermək hüququna malikdir.

  Şahmatda VAR-dan istifadə üç mərhələyə bölünəcək. 

1.Oyunçulardan birinin qayda pozuntusunu qeyd etmək.
2.Şübhəli oyunların gedişatının yazısını izləmək.
3.Qərar qəbulu.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss