SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bakıya yalnız bir erməni şahmatçı gələcək. O da ki, bayraqsız

Xəbər verdiyimiz kimi iyulun 29-dan avqustun 25-dək Bakıda şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək. 

  Chess.az xəbər verir ki, artıq bu mötəbər yarışda iştirak etmək hüququnu əldə etmiş şahmatçılar FİDE-yə rəsmi təsdiq məktublarını göndəriblər.  FİDE-nin rəsmi saytında yerləşdirilən siyahıda 289 şahmatçının adı qeyd edilib. Gözlənildiyi kimi bu siyahıda erməni şahmatçıların adları yoxdur. Dünya Kubokunda iştirak etmək hüququnu qazanmış səkkiz erməni şahmatçının heç birinin adına sözügedən yekun siyahıda rastlanmadı. Bundan əlavə bir müddət öncə milliyətçə erməni olan və iki əvvəl Ermənistanı ABŞ-a dəyişən Levon Aronyan Bakıya gəlməyəcəyini açıqlamışdır. 
 
   Bütün bunlara baxmayaraq Bakıdakı Dünya Kubokunda bir erməni şahmatçı iştirak edəcək. Bu Rusiya şahmatçısı David Parvyandır. Onu da qeyd edək ki, artıq iki ilə yaxındır ki, FİDE-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar üzündən Paravyan və bütün rusiyalı şahmatçılar beynəlxalq dərəcəli turnirlərdə Rusiya bayrağı altında yox,  FİDE-nin bayrağı altnda çıxış edirlər. Xatırladaq ki, kişilərdə Hovanes Qabuzyan, Qabriel Sarqisyan, Samvel Ter-Sahakyan, Şant SarqsyanHaik Martirosyan, qadınlarda isə Elina Danielyan, Anna SarqsyanLilit Mkrtçyan Dünya Kubokunda iştirak etmək hüququnu qazanmış erməni şahmatçıları idi. 


  Azərbaycanı bu mötəbər turnirdə kişilərin yarışında Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Abdulla Qədimbəyli, Rauf Məmmədov, Nicat Məmmədov, Vasif Durarbəyli, Misrəddin İsgəndərov, Qədir Hüseynov  Nicat Abbasov, qadınların yarışında isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Günay MəmmədzadəÜlviyyə Fətəliyeva təmsil edəcəklər. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss