SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Fransanın Azərbaycana qarşı növbəti təxribatının adı -Lichess.org!

Bir neçə gün öncə dünyanın ən məşhur onlayn şahmat platformalarından biri olan Lichess.org, ölkəmizin ərazi bütövlüyünə qarşı böyük bir hörmətsizlik edib.  

   Yəgin ki, bir çoxunuzun artıq bu təxribat haqqında məlumatı var. Xatırladaq ki, artıq bir müddətdir ki, Lichess.org saytı izləyicilərinə olmayan, qondarma Artsax adlı bir respublikanın adı altında qeydiyyatdan keçməyi təklif edir. Saytın bu təşəbbüsünə Azərbaycan Şahmat Federasiyası və azərbaycanlı  şahmatçılarımız sərt reaksiya versə də, dəyişən bir şey olmadı. Qeyd edək ki, bu saytda qeydiyyatdan keçmiş bir neçə şahmatçımız artıq etiraz əlaməti olaraq Lichess-dəki profillərini siliblər. Maraqlıdır, 13 ildir fəaliyyət göstərən sayt, birdən birə nədən ölkələrin adları sırasında belə bir dəyişiklik etsin və göndərilən etirazları niyə cavabsız qoyur?  İlk baxışdan burada Ermənistan və ya onların "Böyük bacısı" olan Fransanını izi görünür. Qısa araşdırmamız izin doğru olduğunu göstərdi.  
   
    Ən maraqlısı isə odur ki, belə bir böyük və milyonlarla abunəçisi olan onlayn resurs demə olar ki, gizlin çalışır. Saytın heç bir bölməsində bu internet resursun nə ünvanı, nə telefon nömrəsi, nə də ki, kimə aid olduğu qeyd olunmayıb. Məhz buna nə federasiya, nə də ki, digər narazı olanlar saytda qeyd olunan elektron poçt ünvanına göndərdiyi etraz məktublarına doğru dürüst cavab ala bilmirlər. 

    İnternet üzərində apardığımız qısa araşdırma zamanı sayt haqqında bəzi bilgilər ala bildik. Belə ki, məlum oldu ki, saytın serverləri Fransada yerləşir. Deməli bu sayt daimi ermənilərə dəstək verən və Azərbaycanla xüsusilə son illər dost olmayan Fransaya aiddir. Saytın sahibini də tapdıq. Əgər həmin o  hiyləgər adama həqiqətən də saytın sahibidirsə. Yazılanlara inansaq, Lichess.org qeyri kommersiya təşkilatıdır və bir qrup gənc tərəfindən idərə olunur. Bu bir qrup gəncdən isə yalnız birinin adı geniş ictimaiyyətə məlumdur. Bu Tibo Düplessidir.
  
    Bəli, şəkildə gördüyünüz məhz bu başına aşsüzən qoyan "adam", dünyada Chess.com-dan sonra ikinci olan onlayn şahmat resursunun yaradıcısı hesab olunur.  Düplessinin bir çox internet resurslarında Lichess.org saytının yaradıcısı kimi göstərilir və onun sayt haqqında bir neçə müsahibəsi var. Məhz bu amil Düplessinin bu saytın əsl sahibi omasına işarə vurur. Düplessi bunu inkar etsə belə. 

     Müsahibələrin birində Tibo saytdakı mövqeyi barədə olduqca maraqlı açıqlama verib :"Lichess əvvəl mənim xobbim idi və mənə burada bir qəpik də pul vermirdilər. Daha sonra Lichess qeyri kommersiya təşkilatına çevrildi və biz buradan ciddi pullar qazanmağa başladıq. Mənim buradaki fiks maaşım 56 000 dollar təşkil edir. Biz işə götürdüyümüz adamların çoxu fiks maaş alır. Mən həmişə saytın verdiyi qərarlarda iştirak etmişəm. Lakin diktator kimi yox, söz sahibi kimi. Tezniki olaraq məni hətta işdən azad edə bilərlər. 

 Yani, heçnə başa düşmək olmur. Müsahibəsindən də göründüyü kimi Düplessi özünü gah saytın işçisi, gah da işə götürən kimi təqdim edir. Bir sözlə hiyləgərlik edir. Bu arada, faktımız olmasa da, Düplessinin belə hiyləgər olması, fransızların "balaca bacısı" olan xalqın nümayəndələrinin  xüsusiyyətlərinə çox bənzəyir. 
 
   Hər halda tezliklə onun kim olduğu və ya kimlərin sifarişini yerinə yetirdiyi üzə çıxacaq. Azərbaycan Şahmat Federasiyasına isə məsləhət görərdim ki, bu məsləni FİDE səviyyəsində qaldırıb, bu saytın məhz Ali şahmat qurumunun əli ilə cəzalandırılmasına nail olmaq üçün çalışsın.   

  P.S:  QARABAĞ AZƏRBAYCANDIR!!!  


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss