SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Qeydiyyat başladı! Qubada 10 000 AZN-lik "Məmmədyarovlar Kuboku"!

Avqustun 2-dən 9-dək Qubada "Məmmədyarovlar Kuboku 2023" adlı beynəlxalq şahmat festivalı keçiriləcək. 

QEYDİYYAT

  Chess.az xəbər verir ki, "Quba Bərpa SPA Mərkəzində" baş tutacaq festival, üç əsas turnirdən ibarət olacaq (A,B və C). "A" və "B" turnirləri İsveçrə sistemi üzrə keçiriləcək və doqquz turdan ibarət olacaq. Festivalın "C" turniri isə, şahmatın Blitz növü üzrə oynanılacaq.


  "Məmmədyarovlar Şahmat Məktəbinin" təşkilatçılığı ilə baş tutacaq festivalın direktoru tanınmış qrossmeysterimiz və məktəbin direktoru Zeynəb Məmmədyarova olacaq. Yarışın baş hakimi  Fidan Talıbova, baş katibi isə Çingiz Rzayev olacaq. Turnirdə iştirak etmək qeydiyyat 1 avqust saat 18:00-da başa çatır.

   Qeyd edək ki, festivalın ümumi mükafat fondu 10 000 manat təşkil edir.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss