Bu gün Beynəlxalq Şahmat günüdür.
20 iyul günü dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram 1966-cı ildən YUNESCO-nun rəsmi bayram günləri təqviminə salınmışdır.
Niyə məhz bu gün?
Seçilən tarix heç də təsadufi deyil. 1924-cü ilin məhz iyul ayının 20-də, Fransanın paytaxtı Paris şəhərində Ümumdünya Şahmat Federasiyası (hazırki FİDE) yardılmışdır. Artıq 98-cı dəfədir ki, qeyd olunan bayram, Azərbaycan da daxil olmaqla FİDE-yə üzv olan dünyanın 181 ölkəsində qeyd olunur.
Biz də, Chess.az saytı olaraq Azərbaycanın bütün şahmatçılarını və şahmata bağlı olan adamları peşə bayramları münasibətilə təbrik edirik.
Bayramınız mübarək olsun!