SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ya cəbhəyə, ya Bakıya. Vasiliy İvançyuku Dünya kubokuna buraxacaqlarmı?

Xəbər verdiyimiz kimi iyulun 29-dan avqustun 25-dək Bakıda şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək. 

  Chess.az xəbər verir ki, artıq bu mötəbər yarışda iştirak etmək hüququnu əldə etmiş bütün şahmatçıların adları da məlumdur və artıq birinci mərhələnin püşkü də atılıb. Lakin bu şahmatçılardan birinin Bakıya gəlməyi çətinə düşüb. Söhbət məşhur ukraynalı şahmatçı Vasiliy İvançyukdan gedir.

   Belə ki, Ukraynanın Gənclər və İdman nazirliyi İvançyuka ölkədən çıxmaq icazəsini verməyib. Səbəb isə nazirliyə FİDE tərəfindən İvançyukla bağlı hər hansı bir müraciətin daxil olmaması göstərilir. Baxmayaraq ki, FİDE  Ukraynanın Gənclər və İdman nazirliyinə belə bir müraciətin ünvanlandığını bildirir. 

   Qeyd edəki ki, Rusiya ilə müharibə şəraitində olan  Ukraynada hazırda mümkün ola biləcək tam səfərbərliyə görə 18-60 yaşlı kişilərin ölkəni tərk etmək qadağası var. 54 yaşlı İvançyuk da məhz buna görə xüsusi icazə almadan ölkəni tərk edə bilməz. Onu da qeyd edək ki, digər ukraynalı şahmatçıların Bakıya gəlişində heç bir problem yoxdur. Çünki FİDE onlarla bağlı Ukraynanın Gənclər və İdman nazirliyinə vaxtında müraciət edib və artıq müsbət cavab da alıb. Vasiliy İvançyuka gəlincə, onun adı həmin siyahıda olmayıb. İvançyuk sonradan FİDE tərəfindən Wild Card (xüsusi dəvət) alaraq Dünya kubokuna dəvət edilib. Və məhz buna görə də indi Ali şahmat qurumu onun bu mötəbər yarışda iştirak etməsi üçün ayrıca Ukrayna tərəfinə müraciət etməlidir. Həmin müraciətdən sonra, dəvət məktubu ölkənin bir neçə instansiyasından keçməlidir və sonda həmin müraciətə cavab verilməlidir. Məsələni diqqətdə saxlayacağıq və ümid edək ki, İvançyuk Bakıda keçiriləcək böyük şahmat bayramına qatıla biləcək.

 
  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss