SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

SSSR-dən sonra yalnız Çin bunu bacardı

Bu gündən başlayaraq dünya şahmatında yeni dönəm - Çin əsri başlayıb! 

   Çinlilər buna çatmaq üçün çox uzun və çətin bir yol qət ediblər. Uzun illərdi Çində dövlətin də inanılmaz dəstəyi ilə başlayan şahmatın inkişafı və kütləviləşməsi, məntiqi sonluğuna çatdı. Apreldə kişilər arasında dünya çempionu adının qazanmış Dinq Lirenin ardınca, dünən Yu Venyun qadınlar arasında dünya çempionu titulunu özündə saxlamağı bu yeni əsrin başladığını rəsmi olaraq təsdiqləmiş oldu. 

   Bununla da Çin, SSSR-nin əldə etdiyi tarixi uğuru təkrarlamış olan ilk ölkə kimi dünya şahmat tarixinə düşdü. Qeyd edək ki, indiyə qədər yalnız SSSR-i şahmatçıları ötən əsrin 50-ci - 90-cı illərdə eyni zamanda həm kişi həm də qadın şahmatında hegemonluq etməyi bacarmışdır.   

  Əslində qadın şahmatında Çinlilərin əsri çoxdan başlayıb. Planetin ən güclü qadın şahmatçısı olan Xu Yifanın 2017-cı ildə qazandığı özünün üçüncü çempionluğundan sonra, çinlilər qadın şahmatında zəbt etdikləri zirvəni heç kimə vermirlər. Yıfanın ardınca 2017-ci ildə Tan Tinqji, 2018-cu ildən başlayaraq isə Yu Venyun Dünya çempionu adına yiyələnərək Şahmat Tacını Çində saxlamağı bacarıblar.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss