SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İvançyuk Bakıya gəlir!

Xəbər verdiyimiz kimi ukraynalı şahmatçı Vasiliy İvançyukun iyulun 29-dan avqustun 25-dək Bakıda keçiriləcək Dünya Kubokuna yollanmaq məsələsi çətinə düşmüşdür. 

  Xatırladaq ki, Ukraynanın Gənclər və İdman nazirliyi mümkün ola biləcək tam səfərbərliklə bağlı İvançyuka ölkədən çıxmaq icazəsini verməmişdir. Səbəb isə, FİDE-nin nazirliyə İvançyuka xüsusi icazənin verilməsi üçün rəsmi məktubunun gec göndərilməsi kimi göstərilirdi.  

   Bu gün səhər saatlarında isə Ukrayna mətbuatı Vasiliy İvançyukun icazə məsələsinin həll olunduğunu və onun Bakıya yollanacağı haqqında məlumat yaydı. İvançyuk özü də yerli KİV-lərə verdiyi açıqlamasında  bunu təsdiq etdi :"İcazəmi aldım, indi əşyalarımı toplayıram. Çox məsuliyyətli bir yarış olacaq. Çalışacam maksimum şəkildə uğurlu çıxış edim".

 
  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss