SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov: "Sevinirəm ki, bu qədər çox sevənlərim var"

"Yəqin ki, turnir ərəfəsində ən çətini bir ay eyni məkanda qalmaq olacaq".

   Chess.az Azərtaca-a istinadən  xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

  Şahmatçı qeyd edib ki, "FIDE-nin qərarlarına əsasən, biz dörd deyil, həftədə yeddi gün iş qrafikinə keçirik. Lakin FIDE tərəfindən son qəbul edilən qaydalara etirazım yoxdur. Onlar məni çox məmnun edir. Ən əsası buradakı dostlarım, tanışlarım və ailəmlə bir arada olmaq mənim üçün məmnunedici amil olacaq".

  "Azarkeşlərin sayının çox olması sevindirici haldır. Xüsusilə də azyaşlı uşaqların mənə yaxınlaşıb şəkil çəkdirmək istəməsi və ya avtoqraf alması məni məmnun edir. Sevinirəm ki, bu qədər çox sevənlərim var",- deyə o əlavə edib.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss