SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Mahir Məmmədov: "Turnirin növbəti dəfə Bakıda təşkili Azərbaycana olan etimadı göstərir".

"Bu, Azərbaycanda keçiriləcək ilk dünya kuboku yarışı deyil. Turnirin növbəti dəfə Bakıda təşkili Azərbaycana olan etimadı göstərir".

    Bu sözləri Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarına həsr olunmuş mətbuat konfransında deyib.


  Mahir Məmmədov bildirib ki, yarışda rekord sayda - 18 Azərbaycan təmsilçisi mübarizə aparacaq.


   "Dünya kuboku yarışları tarixində heç bir ölkə bu qədər iştirakçı ilə təmsil olunmayıb. Təşkilatçılıq təcrübəmiz olduğu üçün yarışın yüksək səviyyədə keçəcəyi şübhə doğurmur. Tamaşaçılar əla mübarizə və ədalətli oyun görəcəklər. Sayca 10-cu dəfə təşkil olunacaq dünya kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək".

   Xatırladaq ki, Azərbaycanı turnirdə Teymur RəcəbovŞəhriyar Məmmədyarovla yanaşı, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli, qadınların yarışında isə millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər BeydullayevaXanım Balacayeva təmsil edəcəklər.
 Qeyd edək ki, dünya kuboku yarışları səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss