SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Arkadiy Dvorkoviç: "AŞF ilə FlDE arasındakı əməkdaşlıq hər zaman yüksək səviyyədə olub".

"Azərbaycan şahmat üzrə bir sıra mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edib".

   Bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarına həsr olunmuş mətbuat konfransında deyib.

   Arkadi Dvorkoviç qeyd edib ki, bu cür tədbiri ərsəyə gətirmək asan deyil: "Bakıda keçiriləcək dünya kuboku yarışlarında 100-ə yaxın ölkədən 300-dən artıq şahmatçı iştirak edəcək. Azərbaycan Şahmat Federasiya ilə FlDE arasındakı əməkdaşlıq hər zaman yüksək səviyyədə olub. Əminəm ki, ədalət yarışda zəfər çalacaq və oyunu izləyən hər kəs zövq alacaq".

   Yarışda planetin ən güclü zəka sahibləri mübarizə aparacaq. Onlar arasında dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç,2835), yüksək sıralarda qərarlaşan Azərbaycan təmsilçiləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, eyni zamanda, Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Qukeş Dommaradju (Hindistan) və digərləri qələbə uğrunda mübarizə aparacaqlar.
   Qadınların yarışında hazırkı dünya çempionu Yu Vençjun (Çin), Aleksandra Qoryaçkina (FIDE), Xampi Koneru (Hindistan), Katerina Laqno (FIDE), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Mariya və Anna Muzıçuk (Ukrayna), Günay Məmmədzadə (Azərbaycan) iştirakçılar sırasında olacaq.

   Qeyd edək ki, bu il hər iki yarışda ilk üç yeri tutacaq şahmatçılar növbəti "İddiaçılar Turnirinə" vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu isə  2 500 000 ABŞ dolları təşkil edir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss