SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2023: Təmsilçilərimizdən uğurlu start (CANLI)

Dünən Bakıda start götürən şahmat üzrə Dünya kubokunun ilk oyunları keçirildi.

CANLI

    Chess.az xəbər verir ki, ilk oyun günündə Open yarışında 1/128, qadınların turnirində isə 1/64 final mərhələsinin ilk partiyaları oynanıldı.

   
    İlk oyun gününü şahmatçılarımız üçün nisbətən uğurlu hesab etmək olar. Belə ki, Open turnirində Vüqar Əsədli, Eltac Səfərli, Misrətdin İsgəndərov, Nicat Abbasov, Rauf Məmmədov Qədir Hüseynov ilk partiyalarını qələbə, Nicat Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı və Vasif Durarbəyli isə mərhələnin ilk partiyalarını bərabərliklə başa vurublar. Open yarışında yalnız Məhəmməd Muradlı ilk partiyada məğlub oldu. Məhəmməd qara fiqurlarla hindistanlı Bardiya Daneşvarın müqavimətini qıra bilməyib.

  Qadınların turnirində isə Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilk partiyalarında qələbə qazanıblar. Gülnar Məmmədova ilk oyununu bərabərliklə başa vurdu, Xanım Balacayeva isə ilk oyununda məğlub oldu. 

  Bu gün Bakı vaxtı ilə saat 15:00-da birinci mərhələninin cavab görüşlərinə start veriləcək.      скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss