Dünən Bakıda start götürən şahmat üzrə Dünya kubokunun ilk oyun günündə bir neçə sürpriz nəticə qeydə alındı.
Onların arasında ən gözəçarpanı isə yeniyetmə türkiyəli beynəlxalq usta (İM) Ediz Gürəlin (2500) qələbəsi oldu. Belə ki, Dünya kubokunun ən gənc şahmatçısı olan 14 yaşlı Ediz, dünən təcrübəli serbiyalı qrossmeyster Velimiri İviçi məğlub edərək ilk oyun gününün qəhərmanına çevrildi.