SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya kuboku 2023: Eltacın gecikməsi ilə başlayan uğursuz gün (CANLI)

Dünən Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun birinci mərhələnin cavab qarşılaşmaları keçirildi. 

TAY-BREK (CANLI) 

    Chess.az xəbər verir ki, mərhələnin ilk oyun günündə kifayət qədər uğurlu çıxış etmiş şahmatçılarımız, cavab partiyalarında o qədər parlaq çıxış etmədilər desək, yanılmarıq. Təbii ki, bu sözləri Rauf Məmmədov, Nicat Abbasov, Qədir Hüseynov  Vasif Durarbəyliyə aid etmək düzgün olmaz. Sözügedən şahmatçılarımızı cavab oyunlarında da inamlı çıxış edərək özlərinə lazım  olan nəticələri əldə edib, növbəti mərhələyə yüksəliblər. Digər şahmatçılarımızdan Vüqar Əsədli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Abdulla Qədimbəyli və dünən oyuna gecikərək texniki məğlubiyyət alan Eltac Səfərli isə, növbəti mərhələyə adlamaq üçün güclərini bu gün keçiriləcək tay-brekdə sınayacaqlar. Təəsüf ki, qrossmeysterimiz Nicat MəmmədovMəhəmməd Muradlı Dünya kubokundakı çıxışların erkən dayandırmalı oldular.    

  Qadınların turnirinə gəlincə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Gövhər Beydullayeva cavab qarşılaşmalarında da özlərinə sərf edən nəticələri əldə edərək, növbəti mərhələyə vəsiqə qazanıblar. Bu mərhələdə yalnız Xanım Balacayeva mübarizəni dayandırmalı oldu. Keçiləsi rəqib olan sinqapurlu Qinyun Qonqa hər iki partiyada məğlub olan Xanım, turnirlə erkən vidalaşanların sırasına qoşuldu. Beləliklə, Azərbaycan kimi güclü şahmat ölkəsi, ilk mərhələdə üç şahmatçını itirdi. Bizə isə yalnız buna təəsüflənmək və Dünya kubokunda mübarizəni davam etdirən şahmatçılarımıza uğurlar arzulamaq qalır. 

  Bu gün Bakı vaxtı ilə saat 15:00-da həm kişilərin, həm də qadınların yarışında birinci mərhələnin tay-brekləri oynanılacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss