SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Daha bir ulduz Bakıdakı oteldən narazılıq etdi!

Dünyanın ən güclü şahmatçılarından biri hesab olunan amerikalı Hikaru Nakamura Bakıda qaldığı oteldən şikayətlənib.

  Chess.az xəbər verir ki, o, bu barədə öz Tviter hesabında paylaşım edib.

  Dünya Kubokunda iştirak etmək üçün ölkəmizə təşrif buyuran Nakamura, məskunlaşdığı oteldə suyun olmadığını bildirib:

“Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır”.

   İdmançı otelin adını qeyd etməsə də, hamıya məlumdur ki, idmançılar elə yarışın keçirildiyi “Baku Marriott Boulevard-”da qalır.

Xatırladaq ki, bir neçə gün öncə tanınmış şahmat mütəxəssisi və şahmat üzrə eks-dünya çempionu olmuş (1999) Aleksandr Xalifman sözügedən oteldə səhər yeməyindən narazılığını sosial şəbəkələr vasitəsilə bildirmişdir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss