SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2023: Bravo Aydın !

Bakıda şahmat üzrə Dünya kubokunun birinci mərhələsinə yekun vuruldu. 


    Sevindirici haldır ki, dünən keçirilmiş birinci mərhələnin tay-breklərində təmsilçilərimiz itkisiz irəlilədilər. Vüqar Əsədli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Abdulla Qədimbəyli  Eltac Səfərli, dünən gərgin mübarizə şəraitində keçən tay-brek mərhələsinin sonunda adlarını Dünya kubokunun 1/64 mərhələsinə yazdıra bildilər. Xüsusilə Aydın Süleymanlının qələbəsini qeyd etmək yerinə düşər. Xətta FİDE-nin rəsmi saytı da, Aydının çinli şahmatçı Xu Yinqlunla görüşünü xüsusi qeyd etdi. Aydın rəqibi ilə bu mərhələdə nə az, nə şox, düz 10 partiya oynamalı oldu. Klassikadakı iki bərabərlikdən sonra, Rapid və Blitz partiyalarda da bərabərliklər davam etdi. Süleymanlı yalnız son Blitz partiyada qələbə qazanaraq ümumi hesabı 5.5:4.5 etdi və adının növbəti mərhələyə yazdırdı. 

 
    Xatırladaq ki, daha öncə Rauf Məmmədov, Nicat Abbasov, Qədir Hüseynov  Vasif Durarbəyli də növbəti mərhələyə adlamışdırlar. Bundan əlavə bu mərhələdən mübarizəyə ölkənin ən güclü şahmatçıları, Teymur RəcəbovŞəhriyar Məmmədyarov da qoşulacaqlar. 

  Beləliklə, Dünya kubokunun Open yarışında Azərbaycan yalnız Nicat Məmmədov və Məhəmməd Muradlını itirdi. 

  
  Qadınların turnirinə gəlincə, xəbər verdiyimiz kimi Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Gövhər Beydullayeva növbəti mərhələyə yüksələn şahmatçılarımız oldu. Onlara bu mərhələdə Günay Məmmədzadə də qoşulacaq. Qadınların yarışında ölkəmizin yeganə itkisi Xanım Balacayeva oldu. Xanım ilk mərhələdə sinqapurlu Qinyun Qonqa hər iki partiyada məğlub olaraq Dünya Kuboku ilə vidalaşmalı oldu. 

  Bu gün Bakı vaxtı ilə saat 15:00-da həm kişilərin, həm də qadınların yarışında ikinci mərhələnin partiyalarına start veriləcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss