SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2023: Şəhriyar və Günay kuboka vida etdilər (CANLI)

Dünən Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun ikinci mərhələsinin cavab partiyaları keçirildi. 

CANLI (OPEN)
CANLI (QADINLAR)

    Təəsüf ki, dünənki partiyalardan sonra Azərbaycan kuboka ən real iki namizədini itirdi. Söhbət kişilərin yarışında Şəhriyar Məmmədyarovdan, qadınlarda isə Günay Məmmədzadədən gedir. Bəli, doğma divarlar belə Şəhriyara sinqapurlu  Yinqayo Tini, Günaya isə rus Alina Bivolu məğlub etmək üçün kömək etmədi. Hər iki şahmatçı özlərindən reytinqə görə xeyli zəif olan rəqiblərinə məğlub olaraq Dünya kubokundakı mübarizələrini dayandırdılar. Ümumiyyətlə dünənki oyun günü şahmatçılarımız üçün olduqca uğursuz keçdi. Şəhriyar Günaydan başqa,  Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Gövhər Beydullayeva və Gülnar Məmmədova da adlarını kuboku tərk edənlərin sırasına yazdırdılar. Nicat Abbasov, Rauf Məmmədov, Qədir Hüseynov, Abdulla Qədimbəyli və Eltac Səfərli isə, növbəti mərhələyə adlamaq üçün bu gün rəqiblərinə qarşı keçiriləcək tay-breklərdə qalib gəlməlidirlər. İkinci mərhələdə şahmat azarkeşlərimizi yalnız Teymur RəcəbovÜlviyyə Fətəliyeva sevindirə biliblər. Hər iki şahmatçı ikinci mərhələdə inamlı çıxış edərk, üçüncü mərhələyə yüksəldilər. 

 
    Bu gün Bakı vaxtı ilə saat 15:00-da ikini mərhələnin tay-brek partiyalarına start veriləcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss