SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Erməni deyiləm ! (Nakamuranın həyat yoldaşından açıqlama)

Ötən ay məşhur amerikalı şahmatçı Hikaru Nakamura ilə ailə həyatı quran Atusa Purkaşyan milli mənsubiyəti ilə bağlı yayılan məlumatlarla əlaqədar olaraq açıqlama yaymalı oldu.

  İş orasındadır ki, toydan sonra bəzi KİV-ləri (xüsusilə erməni), Purkaşyanı erməni əsilli şahmatçı kimi təqdim edirdi. Qeyd edək ki, Purkaşyan da şahmatçıdır. O hazırda ABŞ-da yaşayır və həmin ölkənin bayrağı altında da çıxış edir. 2310 ELO reytinqinə malik olan şahmatçı, qadınlar arasında qrossmeyster tituluna da malikdir (WGM).


  Milli mənsubiyətinə gəlincə, Atusa açıqlamasında erməni yox, iranlı olduğunu qeyd edərək, bu söz-söhbətlərə son qoyulmasını istədi: "Qulağıma barəmdə çoxlu yanlış məlumatlar çatır. Mən erməni deyiləm! Mən iranlıyam və bir çox iranlıların soyadı olduğu kimi, mənim də soyadım "yan" sonluğu ilə bitir. Xahiş edirəm bir birimizə hörmətlə yanaşaq". скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss