SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kubokunda cəmi üç şahmatçımız qaldı (CANLI)

Dünən Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun üçüncü mərhələsinin cavab partiyaları oynanıldı. 

CANLI (OPEN)
CANLI (QADINLAR)

    Təəsüf ki, dünənki partiyalardan sonra da, kubokdakı azərbaycanlıların sayı azaldı. Hər mərhələdə itki verən Azərbaycan dünən  Qədir Hüseynov, Abdulla Qədimbəyli və gərgin mübarizədə qadınlar arasında hazırki dünya çempionu çinli Yu Venyuna məğlub olan Ülviyyə Fətəliyevanı itirdi. Hər üç şahmatçı iki oyunun nəticəsinə görə Dünya kubokunu tərk etməli oldular. Kuboka hamıdan çox, 18 şahmatçı ilə başlayan Azərbaycanın indi burada cəmi üç təmsilçisi qaldı. Bunlar növbəti mərhələyə adlamaq üçün bu gün tay-brek oynayacaq Teymur Rəcəbov, Nicat AbbasovRauf Məmmədovdur. Onu da qeyd edək ki, püşk NicatRaufa bu mərhələdə olduqca çətin rəqibləri bəxş etdi. Belə ki, Rauf növbəti mərhələyə adlamaq üçün tay-brekdə Yan Nepomnyaşiyi, Nicat isə Aniş Girini məğlub etməlidir. Teymur Rəcəbov isə həlledici partiyalarda ispan Latasa Santosla üz-üzə gələcək. 
 
    Sözügedən mərhələyə bu gün Bakı vaxtı ilə saat 15:00-da start veriləcək. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss