SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE : "Qaralar dəqiq oynamalı idi, lakin Fətəliyeva bunu etmədi və ....."

FİDE-nin rəsmi saytı Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun oyunlarını dəyərləndirərkən, həmyerlimiz Ülviyyə Fətəliyevanın oyunun xüsusi qed etdi.

  Chess.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, dünən keçirilmiş üçüncü mərhələnin cavab qarşılaşmasında qadınlar arasında hazırki dünya çempionu çinli Yu Venyuna qarşı üstün oyun nümaiş etdirən və buraxdığı iki kobud səhv ucbatından məğlub olan Ülviyyə, buna baxmayaraq yaddaqalan oyunu ilə diqqətləri özünə çəkməyi bacardı. 

   FİDE-nin rəsmi saytı: "Dünya çempionu Yu Venyun özündən 200-ə yaxın ELO xalı geridə olan Ülviyyə Fətəliyevaya qarşı ağır oyun keçirdi. İngilis açılışından sonra Fətəliyeva qaralarla Nimtso-Hind müdafiəsində Yu-dan tamamilə üstün oldu və görüşdə üstünlüyə yiyələndi. Bununla belə, o səhv gediş edərək (77...,c4) Venyuna bərəabərlik üçün imkan yaratdı. Heç-heçəyə gedən oyunda qaralar dəqiq oynamalı idi, lakin Fətəliyeva bunu etmədi (128..., Şh2) və məğlub oldu".скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss