SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycanlı şahmatçıların fiaskosu! Və ya hər şey Nicatın əlindədir

     Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun cəmi üç mərhələsi geridə qalsa da, indidən əminliklə söyləmək olar ki, bu Dünya kuboku Azərbaycan şahmatçılarının fiaskosu kimi yadda qalacaq. 

   Baxmayaraq ki, bu gün qrossmeystirimiz Nicat Abasov gərgin mübarizədə kuboka əsas namizədlərdən biri hesab olunan Aniş Girini məğlub edərək, növbəti mərhələyə vəsiqəni əldə etdi. Bu qələbə Nicatın üzərinə çox böyük məsuliyyət əlavə etdi. Azərbaycan şahmatının imicini qorumaq və çiynində daşımaq indi ona düşdü. Çünki o dördüncü mərhələdə yeganə azərbaycanlı şahmatçı olacaq.    

    Bəli, bəlkə də kubokdan öncə çoxları düşünürdü ki, əgər bu yarış Bakıda keçirilirsə deməli mütləq bizim şahmatçılarımız burada uğurlu çıxış edəcək. Amma elə şahmatçılarımız özləri bu düşüncənin səhv olduğunu hamımıza göstərdi. 


    Şahmat futbol deyil. Burada doğma divarlar və azarkeş dəstəyi o qədər də böyük rol oynamır. Yarışın keçirildiyi məkan hər yerdə təxminən eyni, azarkeşlər isə az və səssiz olur. Şahmatda əsas psixoloji durum və hazırlıqdır. Bu fikir özünü bir daha Bakıda doğrultdu. Və görünən odur ki, məhz bu komponentlərdə şahmatçılarımız ideal formadan xeyli uzaq idilər. Düzdür, bu idmandı, hər kəs məğlub da ola da bilər, qələbə də qazana bilər. Lakin Şəhriyarın o qədər də güclü olmayan sinqapurlu Ti Jinqyaoya, qadınlarda isə əsas ümidimiz olan Günay Məmmədzadənin özündən reytinqdə xeyli zəif olan rus Alina Bivola məğlubiyətini və ya Eltac Səfərlinin Dünya kuboku kimi vacib yarışın oyununa gecikməsinin başqa izahı yoxdur. Hazırsızlıq və anlaşılmayan arxayınlıq. Daha dəqiq desək, doğma divarlar şahmatçılarımıza kömək yox, əksinə mane oldu. Bu idman növündə idmançılar məsul yarış üçün uzaq ölkələrə yollananda, daha çox yarış və nəticəyə köklənmiş olurlar. Bu aksiomadır. Çünki evdən uzaq olanda onlar şahmatdan başqa heçnə düşünmür, düşünə də bilmirlər. Öz vətənində isə, istər-istəməz ailə, gündəlik problemlər, dostlar, bir sözlə gündəlik həyatları onlara psixoloji cəhətdən mane olur. 

  Sössüz ki, bu fiaskoya görə Azərbaycan Şahmat Federasiyasına heç bir irad tutual bilməz. AŞF-nin prezidenti Mahir Məmmədov şahmatçılarımızın həm say baxımından, həm də uğur qazanmaları üçün yaratdığı şərait baxımından əlindən nə gəldisə etdi desək, yanılmarıq. İlk dəfədir  ki, Azərbaycan Dünya kubokunda ən çox şahmatçı ilə təmsil olunan ölkə oldu. Təsəvvür edin, nə az, nə çox, düz 18 şahmatçımız Bakıdakı yarışda mübarizəyə qatılmışdır. Qeyd edək ki, Azərbaycandan sonra ikinci ən çox təmsilçisi olan ölkə FİDE (və ya qeyri rəsmi Rusiya) oldu. Bakıdakı Dünya kubokunda 16 şahmatçı FİDE bayrağı altında çıxış edib.
  
    Əminəm ki, azarkeşlərimizi ən çox Şəhriayr Məmmədyarov, Teymur Rəcəbov və Günay Məmmədzadənin uğursuzluğu məyus etdi. Çünki digər şahmatçılarımızdan nə qədər uğur gözləsək də, nə qədər onları sevsək də, onların belə böyük bir yarışda medal qazanmaları o qədər də real görünmürdü. Bundan əlavə, bəzi şahmatçımızın uğursuz çıxışında püşkü də günahlandırmaq olar. Püşk təkcə dünyanın ən güclü şahmatçılarından biri olan Yan Nepomnyaşiyi iki dəfə şahmatçılarımıza rəqib etdi. Gənc və durmadan  inkişaf edən Vüqar Əsədli ilk mərhələdə vyetnamlı Le-ni keçdikdən sonra, növbəti mərhələdə Yan Nepomnyaşiyə rəqib oldu. Vüqar nə qədər güclü və perspektivli şahmatçı olsa da, razılaşaq ki, o hazırda Nepomnyaşiy kimi TOP şahmatçıya qarşı mübarizə aparacaq gücdə deyil. Vüqarı keçən Nepo növbəti mərhələdə daha bir qrossmeysterimiz Rauf Məmmədoval üz-üzə gəldi və ondan da güclü oldu. Püşklə bəxti gətirməyənlər haqqında danışanda, eyni sözləri ikinci mərhələdə hindistanlı Qukeşə uduzan Misrətdin İsgəndərova və iranlı Parham Maqsudluya məğlub olan Aydın Süleymanlıya da aid etmək olar. Qadınların yarışında mübarizə aparmış Ülviyə Fətəliyevaya isə püşk ümumiyyətlə üçüncü mərhələdə dünya çempionu Yu Venyunu rəqib etmişdir! Buna baxmayaraq Ülviyyə az qalmışdır ki, yarışın ən böyük sensassiyasını edib, dünya çempionunu  vətəninə göndərəckdi. Lakin burada şahmatçımıza sadəcə biraz təcrübə çatmadı. Baxmayaraq ki, Ülviyyə kifayət qədər təcrübəli şahmatçılarımızdan biri hesab olunur.  Bir sözlə, sözügedən şahmatçılarımız nə gədər perspektivli və güclü sayılsalar da, belə rəqiblərə qarşı oynamaq onlar üçün olduqca çətin oldu. 


   Buna görə azarkeşlər uğuru məhz Şəhriyar, Teymur və Günay triosundan gözləyirdi. Əfsuslar olsun ki, hər üç şahmatçı onlara bəslənən ümidləri doğrultmayaraq azarkeşlərimizi xeyli məyus etdi. 

  Qısa kəssək - "özü yıxılan ağlamaz". 

   18 şahmatçımızın tarixi uğur qazanıb, karyeralarında yeni bir səhifə açmaları üçün gözəl imkanı yaranmışdı. Özü də AŞF-nın prezidenti Mahir Məmmədov bu imkanı onların düz ayağına qədər gətirmişdi. Lakin onlardan 17-si bu imkandan yararlana bilmədi.

   İndi isə ümidimiz  yalnız Nicat Abasova qaldı. Abasov Maqnus Karlsenli, Fabiano Karuanalı, Yan Nepomnyaşiyli  Dünya Kubokunda ən azından medal qazanıb, Azərbaycan şahmatının imicini qorumaq üçün döyüşməlidi!

    İrəli Nicat!скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss