SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nicat Abasov : “Svidler böyük təcrübəyə malik rəqibdir"

 Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun üçüncü mərhələsində güclü niderlandlı qrossmeyster Aniş Girini məğlub edərək 1\16 finala vəsiqə qazanan Nicat Abasov, turnirin rəsmi saytına açıqlamalar verib.

   Təmsilçimiz turnirdə qələbəyə əsas namizədlərdən biri hesab olunan Aniş Giri üzərində qələbənin ona böyük inam verdiyini söyləyib: “Tay-brekin ilk oyununda açılışdan yaxşı mövqe almışdım. Amma zaman azlığı oyunu uduzmağıma səbəb oldu. Bundan sonra növbəti oyunda mütləq qalib gəlməliydim. Aniş Giri də asanlıqla məğlub olan şahmatçı deyil. İkinci oyuna yeni ideya ilə başladım. Şah cinahında hücuma keçdim və düzgün gedişlərlə rəqibi məğlub edə bildim. Bu mənə böyük inam verdi. Əlbəttə əksəriyyət bizim dueldə haqlı olaraq Girini favorit görürdü. Amma tay-brekdə favorit olmur. Burada şanslar bərabər qiymətləndirilir".

   "Blitsdə ardıcıl heç-heçələrimiz oldu. Son oyunda isə qələbə qazanmağı bacardım. Rəqibin vaxtı azaldıqca inamım artırdı. Rəqibin vaxt azlığı ona problemlər yaratdı. Mən qalib gələrək növbəti mərhələyə adladım”.
  
  Qeyd edək ki, bu start götürəcək dördüncü mərhələdə Nicat Abasovun rəqibi FIDE bayrağı altında çıxış edən rus Pyotr Svidler olacaq. Nicat növbəti rəqibi haqda bunları deyib: “Svidler böyük təcrübəyə malik rəqibdir. Heç vaxt qarşılaşmamışıq. Giri üzərində qələbə mənə böyük inam verdi. Növbəti mərhələdə də yaxşı oynamağa çalışacam”
.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss