SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Eindhoven 2023" : Yığmamız Paraqvayı əzib keçdi, Qazaxıstanla isə bərabərə qaldı (CANLI)

Dünən Niderland Krallığının Eyndxoven şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına start verildi. 

CANLI

   Chess.az xəbər verir ki, 63 komandanın qatıldığı yarışda Azərbaycan yığması da çıxış edir. Ölkəmizi Eyndxovendə Read Səmədov (2355), Cahandar Azadəliyev (2156), Əhməd Xaqan (2163)  Nərmin Abdinova (1804) təmsil edirlər. 

   Dünən keçirilmiş Olimpiadanın birinci turunda Azərbaycan yığması hər dörd taxtada maksimum nəticə əldə edərək Paraqvay yığmasına böyük hesabla qalib gəldi 4:0. Bu dəqiqələrdə başa çatan Olimpiadanın ikinci turunda isə millimiz Qazaxıstan-2 komandası ilə bərabərə qaldı 2:2.

   Qeyd edək ki, olimpiada İsveçrə sistemi üzrə oynanılır və 9 turdan ibarət olacaq. Yarışda vaxt kontrolu isə, hər şahmatçıya 45 dəqiqə + hər gedişə 10 saniyədir. 

    Xatırladaq ki, son Olimpiada ötən il ölkəmizdə, Naxçıvan şəhərində keçirilmişdir. Həmin oyunlarda Türkiyə qızıl, Azərbaycan yığma komandası isə bürünc medallar qazanmışdır. 
  
   Onu da xatırladaq ki, 2019-cu ildə Türkiyənin Çorum şəhərində keçirilmiş Olimpiadada, Azərbaycan yığması tarixi uğura imza ataraq Ümumdünya Şahmat Olimpiadasına qalibi olmuşdur.  

  Ardıcıl iki Olimpiadada medal qazanan Azərbaycan yığması, Niderlanddakı yarışın da əsas favoritlərindən biri kimi göstərilir. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss