SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Eindhoven 2023" : Azərbaycan-Bolqarıstan 3:1 (CANLI)

Niderlandın Eyndxoven şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası davam edir. 

CANLI

   Chess.az xəbər verir ki, 63 komandanın qatıldığı yarışda Azərbaycan yığması inamla irəliləməkdə davam edir. Beləliklə Paraqvay üzərində parlaq qələbə və Qazaxıstan-2 kollektivi ilə heç-heçədən sonra, yığmamız dünən güclü Bolqarıstan komandasını yendi 3:1. Keçirilmiş üç turdan sonra aktivində 5 xalı olan Azərbaycan komandası hazırda turnir cədvəlinin 3-11-ci yerlərini bölüşür. Yarışa isə ilk üç turu 100%-lik nəticə ilə bitirmiş ÇinNiderland-1 komandaları başçılıq edirlər.

   Bu gün Olimpiadanın 4 və 5-ci turun partiyaları oynanılacaq. Yığmamız ilk rəqibi Qazaxıstan-1 komandası olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. 

 
   Xatırladaq ki, ölkəmizi Eyndxovendə Read Səmədov (2355), Cahandar Azadəliyev (2156), Əhməd Xaqan (2163)  Nərmin Abdinova (1804) təmsil edirlər. Olimpiada İsveçrə sistemi üzrə oynanılır və 9 turdan ibarət olacaq. Yarışda vaxt kontrolu isə, hər şahmatçıya 45 dəqiqə + hər gedişə 10 saniyədir. 

   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss