SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan şahmatçıları Dünya Kubokunda 142 500 dollar qazanıblar!

Bakıda davam edən Dünya kuboku şahmat tarixinin ən böyük mükafat fondu olan kubok olması barədə sizlərə məlumat vermişdik. 

    Xatırladaq ki, bu kubokun ümumi mükafat fondu 2 510 250 ABŞ dolları təşkil edir. Bu isə öncəki analojı yarışdan 510 250 dollar çoxdur. Kubokun əsasnaməsinə uyğun olaraq, bu məbləğdən az da olsa yarışa qatılmış bütün şahmatçılara çatır. Hətta birinci mərhələdə mübarizəni tərk edənlər belə 3 000 dollar məbləğinə mükafat alacaqlar. 


   Ümumilikdə isə, bu məbləğin 1 834 000 kişilərin, 676 250 dolları isə qadınların yarışında oynanılır. Kişilərdə Dünya kubokunun qalibi 110 000, qadınlarda isə 50 000 dollar məbləğində mükafat alacaq. 

   Kiçik araşdırmamız göstərdi ki, Dünya kubokuna qatılmış 18 şahmatçımız indiyədək üst-üstə 142 500 ABŞ dolları məbləğində pul mükafatını qazanıblar. Onlardan ən çox, hələ də mübarizəni davam etdirən Nicat Abasov (35 000 dollar). Ən az isə, birinci mərhələdə mübarizəni dayandırmış Nicat Məmmədovla Məhəmməd Muradlı qazanıblar (hərəsi 3 000 dollar). 
   
   Beləliklə, şahmatçılarımızın Bakıda keçirilən Dünya kubokundakı qazandıqları məbləğləri sizlərə təqdim edirik:

1.Nicat Abasov  35 000 $
2.Rauf Məmmədov 10 000 $
3.Abdulla Qədimbəyli 10 000 $
4.Qədir Hüseynov 10 000 $
5.Teymur Rəcəbov 10 000 $
6.Ülviyyə Fətəliyeva 6 750 $
7.Şəhriyar Məmmədyarov 6 000 $ 
8.Eltac Səfərli 6 000 $
9.Misrətdin İsgəndərov 6 000 $
10.Vüqar Əsədli 6 000 $
11.Aydın Süleymanlı 6 000 $
12.Vasif Durarbəyli 6 000 $  
13.Gövhər Beydullayeva  5 000 $
14.Günay Məmmədzadə 5 000 $ 
15.Gülnar Məmmədova 5 000 $ 
16.Xanım Balacayeva   3 750 
17.Məhəmməd Muradlı 3 000  
18.Nicat Məmmədov 3 000 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss