SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Dünya Kuboku 2023": Nicat yarımfinala doğru irəliləyir (CANLI YAYIM)

Bu gün Bakıda davam edən şahmat üzrə Dünya kubokunun kişilərdə 1/4, qadınlarda isə 1/2 final mərhələsinin cavab partiyaları oynanılacaq.



CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)
 

    Sössüz ki, şahmat həvəskarlarımız bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək həlledici partiyaları səbirsizliklə gözləyir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın Dünya kubokunda qalan yeganə təmsilçisi, turnir boyu rahatlığı və amansızlığı ilə seçilən Nicat Abasov, bu gün bu mötəbər yarışın yarımfinalına çıxmağa çalışacaq. 


   Dünən Nicat hindistanlı rəqibi Vidit Santosla bərabərə qaldığı partiyanın revanşında, bu gün ağ fiqurlarla qələbə qazanmağa çalışacaq. 

    Qeyd edək ki, Abasov yarımfinala çıxacağı təqdirdə, Maqnus Karlsen-Qukeş cütün qalibi ilə qarşılaşacaq. Rəqiblərin dünən keçirdiyi ilk partiyada Maqnus Karlsen qara fiqurlarla qələbə qazanaraq, demək olar ki cütün taleyini həll etdi. 

    Xatırladaq ki, karyerası boyu saysız hesabsız yarışların qalibi olmuş eks dünya çempionunu kolleksiyasında Dünya Kuboku yoxdur. Və Karlsenin Bakıya bu boşluğu doldurmaq üçün gəldiyi heç kimə sirr deyil. 

1/4 final (kişilər): 
Qukeş (Hindistan) - Maqnus Karlsen (Norveç) 0:1
Vidit Santos (Hindistan) - Nicat Abasov (Azərbaycan) 0.5:0.5 
Leyner Dominges (ABŞ) - Fabiano Karuana (ABŞ) 0.5:0.5 
Praqanandhaa (Hindistan) - Arjun Eriqaisi (Hindistan) 0.5:0.5

1/2 final (qadınlar): 
Anna Muzıçyuk (Ukrayna) - Nurgül Səlimova (Bolqarıstan) 0.5:0.5 
Tan Jonqyi (Çin) - Aleksandra Qoryaçkina (FİDE) 0:1скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss