SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Maraqlı fakt : Nicat Dünya kuboklarının tarixinə düşdü!

Dünən Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun 1/4 finalında hindistanlı rəqibi Vidit Santosu məğlub edərək yarımfinala yüksələn həmyerlimiz Nicat Abasov, sözügedən yarışların tarixinə düşdü. 
 
     Söhbət Nicat Abasovun reytinqindən gedir. Belə ki, yarışdan öncə 2646 ELO xalı olan Nicat, Dünya kuboklarının tarixinə yarımfinala vəsiqə qazanmış ən aşağı reytinqli şahmatçı kimi düşdü. 


    Reytinq demişkən, DK-da uğurlu çıxışı Nicatın reytinqində də öz əksini tapacaq. Beləliklə o bu yarışda reytinqinə 26.8 reytinq balını əlavə edərək, hazırda canlı reytinq cədvəlində 2676.8 xalla 66-cı pilləyə yüksəlib.

     Qeyd edək ki, Abasov yarışdan öncə reytinq cədvəlinin 97-ci pilləsində qərarlaşmışdır.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss