SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Abasov bunu bacara bilər! (CANLI YAYIM)

Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya kubokunda olduqca həyacanlı üç matça start veriləcək. 



CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)
 

    Bunlardan ikisi kişilərin yarışında yarımfinal, biri isə qadınların turnirinin final matçıdır. Sössüz ki, bütün Azərbaycanın diqqəti bu qarşılaşmalardan yalnız birinə yönələcək. Söhbət kubokda inanılmaz performans götərən, rekordları bir bir yeniləyən Nicat Abasovla, eks dünya çempionu, dünya reytinq sıralamasının dəyişməz lideri və ümumiyyətlə dünya şahmat tarixinin ən parlaq simalarından biri hesab olunan Maqnus Karlsen arasında oynanılacaq partiyadan gedir. 


    Bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək ilk partiyada, Nicat Maqnusa qara fiqurlarla oynayacaq. Xatırladaq ki, Nicat bundan öncəki mərhələdə də ilk partiyasını qaralarla oynamışdı və bunun nə ilə nəticələndiyi hamıya məlumdur. Ümid edək ki, qaralarla başlamaq bu dəfə də Nicat üçünü uğurlu alınar. Çünki təəsüf ki, başqa amillərin heç biri Nicatın xeyrinə deyil.

   Abasovla Karlsen ilk dəfə üz-üzə gələcəklər. Bu rəqiblər indiyədək şahmatın heç bir növündə qarşılaşmayıblar. Maqnus Karlsen Dünya Kubokunun aşkar favoritidir. Karlsen 2835 ELO xalı ilə Dünya Kubokuna qatılan şahmatçıların arasında reytinqdə birinci olduğu halda, 2632 xalla Nicat bu cədvəldə sadəcə 69-cu idi. İki şahmatçını birləşdirən cəhət də var. Bu onların heç birinin indiyədək Dünya kubokunun qalibi olmamasıdır.

    Gördüyünüz kimi, rəqiblər arasında fərq çox böyükdür və Maqnus Karlseni haqli olaraq bu cütün favoriti kimi göstərmək olar. Yalnız Nicat Absovun bu turnirdə göstərdiyi fantastik nəticələr azarkeşlərimizə ümid verməklə yanaşı, Karlseni də həyacanlandırmaya bilməz. Maqnus özünü Nicatdan nə qədər üstün hesab etsə də, əminliklə söyləmək olar ki, matç boyu onu gözünün qabağından Abasovun Giri, SvidlerSantosu məğlub etdiyi partiyaların vəziyətləri gələcək.  

   Və ən əsası, unutmayaq ki, bu yarımfinaldır. Bu mərhələdə artıq reytinqin heç bir önəmi yoxdur. Çünki burada hal-hazırda dünyanın dörd ən güclü şahmatçısı oynayır. Bu gün, məhz Abasov, Karlsen, KaruanaPraqanqhaa dünyanın ilk dördlüyü deməkdir. Və söhbət reytinqə qalsa, əksinə AbasovPraqanqhaa özlərini bu mərhələdə rəqiblərindən daha komfortlu hiss edəcəklər. Çünki onlar üçün zatən bu yarışda göstərdiyi nəticələri böyük uğur sayılacaq, KarlsenKaruanadan fərqli olaraq. Onların bu mərhələdə mübarizə dayandırmaq böyük uğursuzluq hesab olunacaq və bu amil onların üzərində əlavə psixoljı yükdür. 

   İstənilən halda Nicatın Karlsenə qarşı keçirdiyi matçın nəticəsi nə olursa olsun, Nicat bu Dünya kubokunun ən yaddaqalan şahmatçısı olacaq. Bu müddət ərzində dünyanın bütün şahmat saytları və platformaları Nicatın uğuru haqqında xəbərləri tirajladı və bu özü artıq onun üçün böyük qələbədir. Ümid edək ki, bu ağır mübarizənin sonunda Nicat kubokun fianlına çıxaraq tarix yazmağa davam edəcək. Hamımız ona bu çətin işində uğurlar arzu edək. 

  Çünki Abasov bunu bacara bilər!



  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss