SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bakıda ilk medalçı məlum oldu (CANLI)

Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun ilk medalçısı məlum oldu. 


CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)
 

    Chess.az xəbər verir ki, qadınların yarışında ukraynalı Anna Muzıçyukla çinli Yonqyi Tan arasında keçirilən 3-4-cü yerlər uğrunda matç, ukraynalı şahmatçının qələbəsi ilə nəticələndi. Beləliklə, Ukrayna təmsilçisi Anna Muzıçyuk, Bakıda keçirlən Dünya kubokunun ilk medalçısı oldu. Qeyd edək ki, qadınların turnirinin finalında rus Aleksandra Qoryaçkina ilə türkəsilli Bolqarıstan şahmatçısı Nurgül Səlimova üz üzə gəlirlər. Rəqiblər iki klassik partiyanın nəticəsində qalibi müəyyən edə bilmədi və final qarşılaşması tay-brekə qaldı. Bu gün keçiriləcək tay-brekdən sonra isə qadınlar arasında Dünya kubokunun qalibi və gümüş mükafatçısı məlum olacaq.  


    Kişilərin turnirində də mübarizə sona yaxınlaşır. Təəsüf ki, kubokda qalan yeganə təmsilçimiz olan Nicat Abasov yarıfinalda Maqnus Karlsenə məğlub olaraq kubokun sahibi olmaq şansını itirdi. Lakin Nicat üçün Dünya kuboku hələ bitməyib. Məğlubiyyətə baxmayaraq, Abasovun son dörlüyə qalması özü belə möhtəşəm nəticə idi və sössüz ki, onu əsl qəhrəman adlandırmaq olar. Nicatın turnir boyu göstərdiyi möhtəşəm performans onun medallara layıq olan şahmatçı olduğunu göstərdi. Nicat bu gün keçiriləcək Fabiano Karuana - Praqanandhaa yarıfinal cütünün tay-brekinin məğlubu ilə 3-4-cü yerlər uğrunda qarşılaşmaya çıxacaq və ümid edək ki, Abasov bu yarışın sonunda layıq olduğu medalı qazanacaq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss