SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nicat Abasov: "Əlimdən gələni edəcəyəm ki, kuboku üçüncü pillədə başa vurum"

Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun yarımfinalında norveçli eks dünya çempionu Maqnus Karlsenə məğlub olan Nicat Abasov, FİDE-nin rəsmi saytında açıqlamalar verib. 
 
Chess.az xəbər verir ki, Nicat Abasov açıqlamasında yarışı medalla başa vurması üçün əlindən gələni edəcəyini qeyd edib:"Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yaxşı çıxış edəcəyimi gözləyirdim. Lakin yarımfinala qədər yüksəlib, burada eks dünya çempionu ilə üz üzə gələcəyimi düşünmürdüm. İndi məni daha bir qarşılaşma gözləyir. Üçüncü yer uğrunda görüşdə rəqibim hələ ki, bəlli deyil. Bu oyunda əlimdən gələni edəcəyəm ki, kuboku üçüncü pillədə başa vurum", - deyə o bildirib. 


   Bundan əlavə Abasov Karlsenin "İddiaçılar turnirində" iştirak etməkdən imtina etməyi ilə bağlı verdiyi açıqlamasına da mübasibətini bildiridi. Qeyd edək ki, əgər Karlsen həqiqətən də gələn il keçiriləcək "İddiaçılar turnirində" iştirak etməkdən imtina edərsə, o zaman Nicat Abasov artıq həmin turnirə vəsiqəsini təmin etmiş oldu: "Ümid edirəm ki, buna ehtiyacım olmayacaq və üçüncü yer uğrunda görüşdə qalib gələcəm. Amma hər halda, Namizədlər Turniri şahmatçılar üçün çox vacib yarışdır və ora vəsiqə əldə etmək çox gözəldir".  

    Xatırladaq ki, Nicat Abasovun 3-4-cü yerlər uğrunda matçındakı rəqibi, bu gün amerikalı Fabiano Karuana iləhindistanlı Praqanandhaa arasında keçiriləcək yarımfinal qarşılaşmasının tay-brekindən sonra məlum olacaq.




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss