SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bəs bayraq hanı?

Niderlandın Eyndxoven şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası başa çatdı. 


   Chess.az xəbər verir ki, təəsüf ki, 63 komandanın qatıldığı yarışda Azərbaycan yığması sonda sadəcə 12-ci oldu. Olimpiadanın qalibi isə gözlənildiyi kimi güclü Çin kollektivi oldu. Türkiyə yığması ikinci, Yunanıstan isə olimpiadanı üçüncü bitirdi.

   Yarışda taxtalar üzrə qaliblər də öz mükafatlarını aldı. Beləliklə, 2,3 və 4-cü taxtalarda qələbə qazanan Çin şahmatçılardan başqa, bu nominasiyada 1-ci taxtada hamıdan güclü Azərbaycan şahmatçısı Read Səmədov oldu. Son zamanlar durmadan inkişaf edən və uğurlu nəticələr əldə edən Read çox böyük perspektivlər vəd edir və yaxın gələcəkdə ölkənin ən yaxşı gənc şahmatçıdan biri olacağı indidən məlumdur. 

   Readın bu qələbəsinə böyük uğurdur. O uzaq Niderlandda Azərbaycan himnini səsləndirməyi bacardı. Yalnız onun bu böyük uğurunda, böyük bir detal çatışmadı. O da Azərbaycan bayrağı!  Olimpiadanın qalibi olmuş Read Səmədov fəxri kürsüyə Azərbaycan bayrağı ilə yox, hətta millinin formasında belə yox, "USPA SPORT" şirkətinin idman köynəyində çıxdı. Şəkillərdən də gördüyünüz kimi, mükafat alan bütün yığmalar və şahmatçılar kürsüyə öz bayraqları və formaları ilə çıxdı. Tək Readdan başqa... 

    Sössüz ki, bu səhvə görə Readı qınamaq da olmaz. O gəncdir, o bunu anidən düşünməyə də bilərdi və ən əsası, onun Niderlandda işi şahmat oynamaq idi və o bunu ən gözəl şəkildə bacardı. Bu detalı məşqçilər və rəmsi şəxslər düşünməli idi. Məğər biz hər gün şahmatda belə böyük uğur qazanırıq?  Xeyir. Ona görə də zəhmət çəkin, gənc şahmatçılarımız uğur əldə edəndə, bayrağımızın da bu böyük arenalarında dalğalanmasını təmin edin. Əgər sizin buna vaxtınız varsa...

      İstənilən halda Readı bu çempionluğu münasibətilə ürəkdən təbrik edirik və ondan daha da böyük uğurlar gözləyirik. Gənc şahmatçıların yanında xarici səfərlərə yollanan rəsmi şəxslərə isə, daha məsuliyətli və diqqətli olmasını arzu edirik. Siz ora gəzməyə yox, Azərbaycanı təmsil etməyə getmişdiniz. 


 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss