SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Uğur olsun sənə, türk qızı! (CANLI)

CANLI




Sössüz ki, Bakıda davam edən və artıq sona yaxınlaşan şahmat üzrə Dünya kubokunun ən böyük sürprizlərindən biri qadınların turnirində mübarizə aparan türkəsilli Bolqarıstan şahmatçısı Nurgül Səlimova oldu.


  Səlimova kubokun başqa bir sürprizi olan Nicat Abasov kimi, adlı-sanlı rəqiblərini bir bir sıradan çıxararaq hazırda Dünya kubokunun finalında qarşılaşır. Onu qeyd edə ki, Nurgül bu yarışa yaxın dostluq münasibətində olduğu məhz Nicat Abasovla birgə hazırlaşıb. 


   Nurgül özü bugünlərdə FİDE-yə verdiyi açıqlamasında bu faktı belə qeyd edib :“Biz Nicatla bir müddət öncə qarşımıza məqsəd qoyduq ki, bu il reytinqlərimizin zirvəsinə çataq. Və sevindiricidir ki, biz Bakıda artıq buna nail olduq”










Gəlin Nurgül Səlimovanı biraz da yaxından tanıyaq. 


    Adından və soyadından da bəllidir ki, Nurgül Səlimova Bolqarıstanı təmsil etsə də, o milliiyətçə bolqar deyil. Bəli, Nurgül Bolqarıstanda yaşayan çoxsaylı türklərdən biridir. 


    Səlimova 2003-cü ilin iyunun 2-də Bolqarıstanın Tarqovişte vilayətinin Krepça kəndində anadan olub. Rumıniya ilə sərhəddə yerləşən Tarqovişte bölgəsində çoxlu türklər yaşayır. Rəsmi mənbəlin verdiyi məlumata görə vilayət əhalisinin 39%-i, qeyri rəsmi mənbələrin məlumatına görə isə 60%-i türklərdir. Vilayətin mərkəzi olan Tarqovişte şəhəri özü də qədim türk şəhəridir. Tarqoviştenin əvvəlki adı Eski Cuma olub. 



















     Hər iki valideyni türk olan Səlimova şahmatla dörd yaşında öz doğma Krepça kəndində məşğul olmağa başlayıb.Cəmi dörd il sonra Nurgül 8 yaşadək qızlar arasında Avropa Çempionu, üç il sonra isə12 yaşadək qızlar arasında Dünya çempionu oldu. Nurgül Səlimova 14 yaşı olanda isə, o kareyrasının ilk ciddi uğurunu qazandı.Nurgül qadınlar arasında Bolqarıstan çempionu oldu! Bu uğurdan sonra, Nurgül Səlimova Beynəlxalq usta, ardınca isə Qrissmeyster tutullarına yiyələnərək hazırda dünya reytinq sıralamasının 38-ci pilləsində qərarlaşır. 





















     Bu dəqiqələrdə milliyətçə türk olan Nurgül, türk dövlətlərindən biri olan Azərbaycanın paytaxtı Bakıda  karyerasının ən böyük sınağından keçir. Dünya kubokunun finalına yüksələn Səlimova güclü rus rəqibi Aleksandra Qoryaçkina ilə tay-brek oynayır. Bəlkə də bu tay-brekin sonunda Nurgül həyatının ən böyük qələbəsini qazanaraq dünyanın ən güclü qadın şahmatçısı olacaq. 


Uğur olsun sənə, türk qızı! 


     скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss