Bakıda keçirilən şahmat üzrə Dünya kuboku yavaş-yavaş sona çatmaq üzrədir.
FİNAL (KİŞİLƏR)
PRAQANANDHAA (HİNDİSTAN) - MAQNUS KARLSEN (NORVEÇ)
3-4 CÜ YERLƏ UĞRUNDA (KİŞİLƏR)
FABİANO KARUANA (ABŞ) - NİCAT ABASOV (AZƏRBAYCAN)
Dünya kubokunun tarixə qovuşamsı üçün cəmi iki qarşılaşma qalıb. Bu kişilərin turnirində Maqnus Karlsen-Praqanandhaa final matçı və həmyerlimiz Nicat Abasovun amerikalı Fabiano Karuana ilə oynayacağı 3-4 cü yerlər uğrunda matç. Bu iki qarşılaşmadan sonra Azərbaycanda böyük bayrama çevrilən Dünya Kuboku başa çatacaq.
Dünən artıq qadınların yarışına yekun vuruldu. Gərgin mübarizə şəraitində keçən final matçında, yarışın favoriti olan rus Aleksandra Qoryaçkina türkəsilli bolqar rəqibi Nürgül Səlimovanı məğlub edərək Dünya kubokunun sahibəsi oldu.

22-08-2023, 08:58