SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Nicat yenə şou göstərdi!

Bakıda şahmat üzrə Dünya kubokunun həlledici mərhələsi davam edir. 



FİNAL (KİŞİLƏR) 
PRAQANANDHAA (HİNDİSTAN) - MAQNUS KARLSEN (NORVEÇ) 


3-4 CÜ YERLƏ UĞRUNDA (KİŞİLƏR) 
FABİANO KARUANA (ABŞ) - NİCAT ABASOV (AZƏRBAYCAN)

 

    Chess.az xəbər verir ki, dünən Dünya kubokunda son sınağa çıxan həmyerlimiz Nicat Abasov yenidən azarkeşlərini sevindirdi. Çoxlar düşünürdü ki, Maqnus Karlsen Nicatın finala gedən yolunu kəsdikdən sonra, DK-da "Abasov nağılı" bitəcək və o sakit tərzdə kuboku bitirəcək. Lakin bu belə olmadı. Nicat yenə şou göstərdi! Həmyerlimiz dünən amerikalı Fabiano Karuanaya qarşı keçirdiyi 3-4 cü yerlər uğrunda matçın ilk partiyasında parlaq qələbə qazanaraq yenidən özünü bütün dünyaya xatırlatdı. Özü də Nicata adlı-sanlı rəqibinin məğlub etmək üçün cəmi 26 gediş lazım oldu!!! Bu gün tərəflər cavab partiya keçirəcək və Abasov məğlub olmayacağı təqdirdə Dünya kubokunun bürünc medalına və "İddiaçılar turnirinə" vəsiqəni qazanmış olacaq.


  Parallel keçən final matçında üz-üzə gələn Maqnus Karlsenlə Praqanandhaa dünən oynadıqları ilk klassik partiyanı bərabərliklə başa vurdular. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss