Bakıda davam edən Dünya kubokunda daha bir narazılıq.
Söhbət eks dünya çempionu və Bakıdakı kubokunun finalçısı Maqnus Karlsendən gedir. Dünən hindistanlı Praqanandhaaya qarşı keçirdyi ilk final partiyasında sonra FİDE-yə açıqlama verən Karlsen, Bakıda zəhərləndiyini deyib:"Əslində rəqib çətin tay-brek oynadığı vaxtda mən istirahət edib, üstünlük əldə etməli idim. Lakin bir neçə gündür ki, özümü çox narahat hiss edirəm. Abasovla oyundan sonra qidadan zəhərlənmişəm. Son iki gündür yemək yeyə bilmirəm. Bu gün ona görə sakit idim ki, həyacanlanıb, əsəbləşməyə belə halım yox idi".
Qeyd edək ki, yarışın əvvəlində Bakıya qonaq qismində gələn Aleksandr Xalifman səhər yeməyindən, Hikaru Nakamura isə otağında suyun olmamasında açıq şəkildə narazılıq etmişdirlər.
Gördüyünüz kimi hər üç şikayəti kubokun keçirildiyi “Baku Marriott Boulevard” otelinin ayağına yazmaq olar. İdman və digər təşkilatı məsələr AŞF və FİDE tərəfindən yüksək səviyyədə təşkil olunsa da, görünür ki, otel rəhbərliyi belə böyük məsuliyyətə hazır deyilmiş.

23-08-2023, 09:08