SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Nurgül Səlimovanı milliləşdirir?

Bakıda başa çatmış qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı Bolqarıstanlı Nürgül Səlimova azərbaycanlı ola bilər.

  Milliyətçə türk olan Səlimova Bolqarısanda anadan olan etnik türkdür. Həmişə öz ölkəsini təmsil edən Nurgül, deyəsən bu yaxınlarda vətəndaşlığını dəyişəcək. 


     Rəsmi olaraq Səlimovaya hər hansı bir ölkədən təklif gəldiyini deyilməsə də, onun məşqçisi belə bir ehtimalın ola biləcəyinə işarə verib. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Yerli mətbuata verdiyi açıqlamasında, Nurgül Səlimovanın məşqçisi Jivko Jekov aşağıdakıları deyib :"Əgər başqa bir ölkədən təklif gəlsə, məsələn Azərbaycandan və mən buna görə çox narahatam və ya Türkiyədən gələn təklif də cəlbedici ola bilər, mən nə qədər də vətənpərvər insan  olsam da Nurgülə getmə deməyəcəm".   

   Gördüyünüz kimi Jekov faktı tam açıqlamasa da, dolayısı ilə Nurgül Səlimovanın Azərbaycan Türkiyə şahmat federasiyaları ilə danışıqlar apardığını təsdiqləmiş oldu.

   
 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss