SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Maqnus Dünya kubokunun sahibi, Nicat isə dördüncüsü oldu

Bu dəqiqələrdə Bakıd şahmat üzrə Dünya kuboku  başa çatdı. 


    Sössüz ki, bizi 3-4 cü yerlə uğrunda matç finaldan daha çox maraqlı idi. Çünki burada həmyerlimiz, Nicat Abasov çıxış edirdi. Xatırladaq ki, bu qarşılaşmada Nicat Abasovla amerikalı Fabiano Karuana üz-üzə gəlirdilər. Şahmatçılar klassik kontrollu partiyaları 1:1 bərabərliklə başa vuraraq, bürünc medalın taleyini tay-brekə saxlamışdırlar. Təəsüf ki, Nicat bu mərhələdə adlı-sanlı rəqibinin müqavimətini qıra bilmədi və məğlub oldu. 


    İstənilən halda Dünya kubokunun dördüncüsü olmaq da Nicat Abasov üçün tarixi və böyük nailiyyətdir. Təbii ki, bu yarış Nicat üçün çox uğurlu  alınmışdır və o medal qazanmağa ən layiq şahmatçılardan biri idi. Sadəcə təəsüf ki, uzun marafonun sonunda onun  biraz bəxti gətirmədi və Nicat sonda dördüncü oldu. 

    Onu da unutmayaq ki, yarışın gedişində Maqnus Karlsen növbəti "İddiaçılar turnirində" iştirak etməkdə rəsmi şəkildə imtina etdiyini açıqlamışdır,. Bu isə o deməkdir ki, Nicat kubokda dördüncü yer tutsa belə, gələn ilin aprel ayında start götürəcək "İddiaçılar turnirinə" yollanacaq. 

    Bakıda keçirlən Dünya kubokunun sahibi isə, yarışın aşkar favoriti Maqnus Karlsen oldu. KarlsenKaruana kimi tey-brekdə rəqibinə şans tanımadı və qələbə üçün lazım olan nəticəni əldə etdi.

   Onu da əlavə edək ki, Abasov  medal qazanmasa da, Dünya kubokunda  50 000 ABŞ dollar məbləğində mükafatın sahibi  oldu.  
 
 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss