SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya kubokunun son günü (CANLI YAYIM)

Bu gün Bakı vaxtı ilə saat 14:00-da start götürəcək şahmat üzrə Dünya kubokunun final və 3-4 cü yerlər uğrunda matçlarının tay-brek mərhələsindən sonra, Bakıdakı Dünya kubokuna yekun vurulacaq. 



CANLI

    Bəli, 25 gün əvvəl start götürən və qadınların da yarışı daxil olmaqla ümumilikdə 309 şahmatçının qatıldığı bu möhtəşəm şahmat bayramı sona yaxınlaşır. Kubokun son gününə cəmi dörd şahmatçı qaldı. Sevindirici haldır ki, bu dör şahmatçı arasında həmyerlimiz də var. Bu, turnirin tapıntısı olmuş 28 yaşlı Nicat Absovdur. Əslində Nicat bürünc medalını artıq dünən rəsmiləşdirə bilərdi. Abasovun Fabiano Karuanaya qarşı keçirdiyi ilk partiyada qazandığı parlaq qələbə onun bürünc medal şanslarını xeyli artırmışdır. Lakin təəsüf ki, Nicat dünən keçirlmiş cavab qarşılaşmasında ona lazım olan yarım xalı qazana bilmədi və bürüncü taleyi, elə  qızıl və gümüş medalların da taleyi olduğu kimi bu gün keçiriləcək tay-brekə qaldı. 


   Xatırladqaq ki, Dünya kubokunun final matçında norveçli Maqnus Karlsenlə hindistanlı Praqanandhaa üz-üzə gəlirlər.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss