SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmatçılarımız 157 500 dollar qazandılar!

Ölkəmizdə təşkil olunan və mükafat fonduna görə şahmat tarixinin ən bahalı Dünya kuboku kimi yadda qalan "FİDE World Cup 2023" başa çatdı.  

    Xatırladaq ki, bu kubokun ümumi mükafat fondu 2 510 250 ABŞ dolları təşkil edirdi. Bu isə indiyədək keçirilmiş analoji yarışlardan təxminən  500 000 dollar çoxdur. 


    Kubokun əsasnaməsinə uyğun olaraq, bu məbləğ yarışa qatılmış bütün şahmatçılar onların göstərdiyi nəticələrdən asılı olaraq bölünür. Məsələn kişilərin yarışında Dünya kubokunu qazanmış Maqnus Karlsen 110 000 dollar, eyni yarışda ilk mərhələdə mübarizəni dayandırmış həmyerlilərimizi Nicat Məmmədovla Məhəmməd Muradlı isə hərəyə 3 000 dollar məbləğində mükafat alırlar. 

   Ümumilikdə isə, bu məbləğin 1 834 000 kişilərin, 676 250 dolları isə qadınların yarışında oynanılıb. Daha öncə də qeyd etdiyimiz kimi, kişilərdə Dünya kubokunun qalibi 110 000, qadınlarda isə 50 000 dollar məbləğində mükafat çatacaq. 

   Dünya kubokuna qatılmış 18 şahmatçımız isə, bu yarışdan üst-üstə 157 500 ABŞ dolları məbləğində pul mükafatını qazanıblar. Onlardan ən çox qazanan sössüz ki, kuboku dördüncü pillədə bitirmiş Nicat Abasov oldu. Nicat şəxsi büdcəsini 50 000 dollar məbləğində zənginləşdirməyi bacardı. Şahmatçılarımızın arasında ən az qazanc əldə edən isə, birinci mərhələdə mübarizəni dayandırmış Nicat Məmmədovla Məhəmməd Muradlı oldular. Onlar hərəyə 3 000 dollar qazanıblar. 
   
  Beləliklə, şahmatçılarımızın Bakıda keçirilən Dünya kubokundakı qazandıqları məbləğləri sizlərə təqdim edirik:

1.Nicat Abasov  50 000 $
2.Rauf Məmmədov 10 000 $
3.Abdulla Qədimbəyli 10 000 $
4.Qədir Hüseynov 10 000 $
5.Teymur Rəcəbov 10 000 $
6.Ülviyyə Fətəliyeva 6 750 $
7.Şəhriyar Məmmədyarov 6 000 $ 
8.Eltac Səfərli 6 000 $
9.Misrətdin İsgəndərov 6 000 $
10.Vüqar Əsədli 6 000 $
11.Aydın Süleymanlı 6 000 $
12.Vasif Durarbəyli 6 000 $  
13.Gövhər Beydullayeva  5 000 $
14.Günay Məmmədzadə 5 000 $ 
15.Gülnar Məmmədova 5 000 $ 
16.Xanım Balacayeva   3 750 $ 
17.Məhəmməd Muradlı 3 000 $  
18.Nicat Məmmədov 3 000 $ 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss