SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

YEKUN: Azərbaycan uğurla ev sahiblik etdiyi Dünya kubokunda, daha bir şahmat ulduzunu qazandı

      Dünən Bakıda təşkil olunan şahmat üzrə Dünya Kuboku başa çatdı. 


  Bu Bakıda ikinci belə yarış idi. İlk dəfə 2015-ci ildə FİDE Azərbaycana dünya kubokunu keçirmək həvalə etmişdir və görünən odur ki, o vaxt Azərbaycan bu missiyanın öhdəsindən layiqincə gəlmişdir.


  Gəlin əvvəlcə təşkilatçılıqdan danışaq. Bakıda təşkil olunan şahmat üzrə Dünya Kuboku uğurla başa çatdı desək yanılmarıq. Təşkilatçılıq ən yüksək səviyyədə idi. Oyun zalının tərtibatından tutmuş, tamaşaçıların zala buraxılmasına qədər hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Turnir boyu heç bir şahmatçı yarışın təşkil olunmasından narazılıq etmədi və bu AŞF-nin böyük qələbəsi sayıla bilər. Təbii ki, heç bir böyük tədbir problemlərsiz ötüşümür. Burada da problemlər oldu. Lakin bu problemləri AŞF və FİDE-nin təşkilat komitəsinin ayağına yazmaq doğru olmaz. Turnir boyu yaranan və ictimailəşən üç narazılığın üçü də, yarışın keçirildiyi “Mariott Boulevard Hotel” səhvi ucbatından oldu. Xatıraldaq ki, yarışın lap əvvəlində DK-da qonaq qismində gələn Aleksandr Xalifmanın oteldəki səhər yeməyindən, daha sonra yarış iştirakçı Hikaru Nakamuranın otağnda suyun gəlməməsi və ən nəhayət, finaldan az öncə Maqnus Karlsen qidadan zəhərlənməsi haqqında öz narazılıqlarını bildirmişdirlər. Razılaşaq ki, hər üç narazılıq kifayət qədər ciddi narazılıq olsa da, bunlardan heç biri AŞF və ya FİDE-nin günahından olmayıb. Görünür otel rəhbərliyi belə böyük yarışın keçirlməsinə hazır olmayıb və 1-2 dəfə də “xaltura” etməyə çalışıb. Bir sözlə “Marriott Boulevard Hotel”-in hazırsızlığını çıxmaq şərtilə, Mahir Məmmədov və komandası, bu böyük şahmat bayramını təşkil etmək öhdəsindən layihincə gəldi.


Kubokun şahmat tərəfinə gəlincə, yarış sürprizlərlə dolu keçsə də, sonluğu sakit və gözlənilən alındı.  DK-u sürpriz nəticələr və gərgin partiyalarla yadda qalsa da, axırda qələbəni elə hamının gözlədiyi kimi Maqnus Karlsen və Aleksandra Qoryaçkina qazandılar. Burada adamın yadına əfsanəvi ingilis futbolçu Hari Linekerin “futbolu 22 nəfər oynayır, lakin həmişə almanlar qalib gəlir” məşhur ifadəsi düşür. Bəli, Bakıdakı Dünya kubokunda nə qədər maraqlı və gözlənilməz nəticələr qeydə alınsa da, sonda Maqnus Karlsen və Aleksandra Qoryaçkina qalib gəldilər.  Qeyd edək ki, bu beş qat dünya çempionu və saysız hesabsız yarışların qalibi olmuş Maqnus Karlsen üçün Dünya Kuboklarında ilk qələbə idi. İndi əminliklə söyləmək olar ki, Karlsenin kolleksiyasında mümkün olan bütün kuboklar var. 


Yarışın sürprizləri sössüz ki, qadınların yarışında türkəsilli Nirgül Səlimova və kişilərin turnirində mübarizə aparan həmyerlimiz Nicat Abasov oldular. Xatıraldaq ki, Nurgül kubokun finalına çıxaraq orada rus Qoryaçkinaya uduzudu və sonda gümüş medalın sahibi oldu. Qarşısıalınmaz Nicat isə yarış boyu möhtəşəm nəticələrlə yadda qalsa, sonda iki keçilməz səddə çırpıldı. Əvvəlcə yarımfinlad Maqnus Karsenə sonra isə 3-4 cü yerlər uğrunda Fabiano Karuanaya məğlub olan Nicat təəsüf ki, Dünya kubokunu medalsız başa vurdu. Baxmyaraq ki, o bürünc qaznmağa çox yaxın idi. Əslində kubokun finalında Finalda Karlsenə məğlub olan hindistanlı Praqanandhaanın da bu yerlərə gəlib çıxmasını sürpriz adlandırmaq olar. Cəmi 18 yaşı olmasna baxmayaraq Praqa da yarışda özünü  ən yaxşı tərəfdən göstərdi və gələn il keçiriləcək “İddiaçılar turnirinə” vəsiqə qazandı. Elə Nicat kimi.


   Sössüz ki, “FİDE World Cup 2023”-ün ən böyük sürprizi məhz həmyerlimiz Nicat Abasov oldu. Hər şey şahmatçılarımızın uğurusuzluğundan başladı. Kuboka qatılan 18 azərbaycanlı şahmatçıdan 17-si mübarizəni erkən mərhələlərdə dayandırmışdır. Belə olan halda yarışda qalan yeganə təmsilçimiz Nicat Abasovun üzərinə böyük yük düşmüş oldu. Nicat doğma azarkeşlərinə şahmatçılarımızın fiaskosunu unutdurmaq və onların Dünya Kubokunu sona qədər maraqla izləmklərini təmin etməli idi. Və razılşaq ki, Nicat bunu ən gözəl şəkildə bacardı. Nicat adlı-sanlı rəqiblərinin bir biri sıradan çıxararaq DK-nun yarıfinalına qədər itkisiz irəliləməyi bacardı. Lakin bundan artığına gücü çatmadı. Yarımfinlda Maqnus Karlsenə, 3-4 cü yerlər uğrunda matçda isə daha bir meqa ulduz Fabiano Karuanaya məğlub olan Abasov sonda dördüncü oldu. Buna baxmayaraq Nicatın bu uğuru bütün dünyada və xüsusilə Azərbaycanda böyük əks səda doğurdu. Nicatın “İddiaçılar turnirinə” yollanmaq perspektivlərinə gəlincə isə, əvvəlcədən bildirilmişdir ki, Bakıda ilk üç yeri tutan şahmatçı “İddiaçılar turnirinə” yollanacaq. Lakin yarışın gedişində vəziyyət biraz dəyişdi. Maqnus Karlsen turnir boyu və ondan sonra verdiyi müsahibələrdə həmin turnirə qatılmayacağını açıq şəkildə bəyan etmişdir. Belə olan halda, “İddiçılar turnirinə” DK-da dördünücü yer tutmuş şahmatçı yollanacaq. Bu da Nicat Abasovdur! Qaldı Karlsenin FİDE-yə ünvanlayacağı rəsmi imtina məktubunu gözləmək. 


  Nicat Abasovun bu böyük turnirə vəsiqə qazanmağı sössüz ki, tam başqa aləmə düşmək olacaq. Nicat, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra bu yarışda oynayacaq üçüncü azərbaycanlı şahmatçı kimi tarixə keçəcək. Bu Nicat üçün yeni bir səhifə, yeni bir səviyəyə keçid olacaq. Bu turnir 28 yaşlı qrossmeysterimiz üçün elitaya açılan qapısı olacaq. 


  İndi Abasova ciddi hazırlaşmaq və bir neçə turnirdə uğurlu iştirak edərək reytinqini heç olmasa 2700 həddinə çatdırmaq qalır. Onun bu oyunu ilə elitar 2700-lər klubuna daxil olacağına ümidlər böyükdür və indi hamı ondan məhz bu uğuru gözləməyə başlayıb. Qeyd edək ki, Nicatın hazırki onlayn reytinqi 2677 ELO xalına bərabərdir. 


  Yekun olaraq onu deyək ki, Azərbaycan uğurla ev sahiblik etdiyi Dünya kubokunda daha bir şahmat ulduzunu qazandı. Necə indiyə kimi bütün dünya Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovu tanıyırdısa, əminliklə söyləmək olar ki, artıq Nicatı da güclü şahmatçı kimi tanıyacaq. Bu amil sössüz ki, milli komandamıza da əlavə güc qatacaq.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss