SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədzadə Dvorkoviçlə eyni yarışda!

Almaniyanın Düseldorf şəhərində komandalar arasında Rapid üzrə dünya çempionatı davam edir.

  Chess.az xəbər verir ki, bu gün oynanılan son üç turdan sonra, 36 komandanın iştirak etdiyi olduqca maraqlı yarışa yekun vurulacaq.

   Təəsüf ki, bir çox ulduz şahmatçının iştirak etdiyi dünya birinciliyində Azərbaycanın heç bir komandası iştirak etmir. Şahmatçı baxımından da Azərbaycan burada ən az təmsilçisi olan ölkələrdən biridir. Ölkəmiz DÇ-da iki, daha doğrusu desək isə, yalnız bir şahmatçı ilə  təmsil olunur. Bunlar hələ də bayrağımızın altında sığınana və özünə yeni vətən tapa bilməyən Arkadiy Naydiç və ölkənin ən güclü qadın şahmatçısı Günay Məmmədzadədir.

   Günay tamamı Hindistan şahmatçılarından ibarət olan "Team MGD1" komandasının heyətində çıxış edir. Məmmədzadə Dünya çempionatında indiyədək keçiridiyi üç oyunda iki qələbə qazanıb, bir oyununu isə bərabərliklə başa vurub. 

   Onu da qeyd edək ki, sözügedən yarışda FİDE prezidenti Arkadiy Dvorkoviç də şahmatçı kimi çıxış edir. Dvorkoviç oynadığı "FİDE Managment Board" komandasının heyətində keçirdiyi üç oyunda bir qələbə qazanıb, iki dəfə isə məğlub olub. Sona iki tur qalmış yarışa heyətində Vesli So, Yan NepomnyaşiyPraqanandhaa kimi şahmatçıların çıxış etdiyi "WR Chess" komandası başçılıq edir.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss