SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Naydiç hələ də "azərbaycanlıdır"......

2021-ci ilin əvvəlində Azərbaycan Şahmat Federasiyası ilə imzalanmış müqaviləsinə xitam verilən Milli komandamızın keçmiş üzvü Arkadi Naydiç, özünə hələ də yeni "vətən" tapa bilmir.

      Naydiçin "yeni vətən" tapa bilməməsi ilk baxışdan bizi o qədər də  maraqlandırmamalıdır. Sadəcə burada incə bir məqam var. Azərbaycanla münasibətlərinə rəsmi şəkildə son verən Naydiç, nədənsə FİDE-nin bayrağı altında yox, hələ də Azərbaycan bayrağı altında çıxış edir. 


     Götürək elə ötən həftə Almaniyanın Düseldorf şəhərində başa çatmış komandalar arasında Rapid üzrə Dünya çempionatını. Çempionatda faktiki olaraq yeganə təmsilçimiz Günay Məmmədzadədən başqa, daha bir "azərbaycanlı" var idi. Əgər onu belə adlandırmaq düzgündürsə. Söhbət Latviya və Almaniya yığmalarının keçmiş üzvü Arkadiy Naydiçdən gedir. 

    Naydiç Latviyada anadan olub və uzun müddət öz doğma ölkəsinin yığmasında çıxış edib. Daha sonra gənc və perspektivli şahmatçı ailəsi ilə birlikdə Almaniyaya köçür və orada yerli federasiyanın diqqətini cəlb edir. Bu diqqətin nəticəsində, Naydiç 2005-ci ildən etibarən Almaniyanın təmsil etməyə başlayır. Karyerasının ən yaxşı vaxtlarında isə, Azərbaycan onu öz rənglərinə bağlamışdır. Arkadiy 2015-ci ildən 2021-ci ilin yanvar ayına qədər Azərbaycanı təmsil edib və yığma komandamızda da çıxış edib. Baxmayaraq ki, onun altı illik Azrbaycan macərası şahmat ictimaiətimiz tərəfindən böyük narazılığı ilə müşahidə olunub.  Edib deyəndə, maraqlısı da odur ki, Naydiç hələ də Azərbaycanı təmsil edir. Sadəcə yığmamızda çıxış etmir. Onunla imzalanmış müqaviləyə 2021-ci il əvvəlində xitam verilib və bu müddətdən artıq 2.5 il vaxt ötüb. Yalnız Naydiç hələ də bayrağımıza sığınıb. 

     Şahmatçı 2021-ci ildə millimizlə yollarını ayrdıqdan sonra, yenidən Almaniya vətəndaşlağına qayıtmaq istəmişdir, lakin son anda onun qayıdışı baş tutmaşdır. Almaniya Şahmat Federasiyasını prezidenti Ulrix Krauze Naydiçin bu istəyinə rəsmi şəkildə "yox" demişdir. Gözlənilməz rədd cavabı alan Naydiç, bu qərardan o hiddətlənmişdir ki, hətta Almaniya Şahmat Federasiyasını hətta məhkəməyə ilə də hədələməkdən çəkinmdi. O vaxt Almaniya mətbuatına müsahibə verən Naydiç, məsələ ilə  bağlı  bunları demişdir :"Almaniya Şahmat Federasiyasının məndən imtina etməsi qəbuledilməzdir. Mən öz vəkilim vasitəsilə bu məsələni aydınlaşdırmağa çalışacam". Lakin bunun da bir xeyri olmadı və Arkadiyin arzusu ürəyində qaldı.  İkinci vətəni saydığı Almaniya ona öz bayrağı altında çıxış etməyinə icazə vermədi. 

     Gördüyünüz kimi Latviyada anadan və hazırda yahudi olan həyat yoldaşı ilə Yunanıstanda yaşayan Naydiç, yumuşaq desək biraz həyasız adamdır. Onu istəməyən federasiyanı məhkəmə ilə hədələyən adama ad vermək olmaz. Bəs o niyə hələ də Azərbaycanı təmsil edir?  Bəlkə o bizim federasiyanı da hədələyib? Bəlkə məhz onun hədələrinə görə biz onun bayrağımızın altında çıxış etməsinə göz yumuruq. Ola bilər. Hər halda adam bizdən  düşmən kimi ayrılmayıb və özünə yeni vətəndaşlıq tapana qədər bizimkilər onun azərbaycanlı qalmasına göz yüma bilər. Yalnız unutmayaq ki, şahmatçılar ictimailəşmiş adamlardı. Onlar tanınır və öz açıqlamaları və ya hərəkətləri ilə gündəm yara bilərlər.  Sabah Naydiç durub hansısa ölkədə elə bir şey edər ki, onun altından çıxmaq çox çətin olacaq. Kim qarantiya verə bilər ki, Naydiç  hansısa yarışda və ya icitmai yerdə hər hansı bir siyasi açılama və ya təxribat etməyəcək?  Heç kim!  Bizim onunla münasibətlərimizə rəsmi şəkildə xitam verilsə də, onun hələ də Azərbacyan bayrağı altında çıxış etməsi istənilən halda qəbuledilməzdir və təhlükəlidir. AŞF-yə də məsləhət görərdik ki, bu onsuzda çox uzanmış münasibətə tezliklə son qoysunlar. Nə olar, nə olmaz. Adamdır da, sabah bir şey edər, indi gəl başa sal ki, bunun Azərbaycana heç bir aidiyyatı yoxdur, sadəcə Azərbaycan bayrağı altında çıxış edir  Anlatımı çətin məsələdir. Bayrağımızın altında çıxış etməyinə icazə verdiksə, onun cavabdehliyi də bizim üzərimizdəir. Bu isə bizə heç lazım deyil.   

Qeyd edək ki, 2015-ci ildən yığmamızda çıxış edən Arkadi Naydiç, 2017-ci ildə millimizin heyətində komandalar arasında Avropa çempionatında qızıl medalın sahibi olub.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss