SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov : "Başımı aşağı salıb, sadəcə beş dəqiqə hönkür-hönkür ağladım"

Sosial şəbəkələrdə Şəhriyar Məmmədyarovun 2018-ci ildə göstərdiyi fantastik performansla bağlı aparılan müzakirələrə Şah özü də qoşuldu. 

   Olduqca maraqlı açılamalar verən Məmmədyarov, indiyə qədər heç yerdə danışmadığı həyatını dəyişən partiya və Berlində taxta arxasında ağlaması haqqında danışdı : "Həmin turnir karyeramın ən çətin anı idi. Son turda birinci pilləni tutmaq üçün Kramnikə mütləq qalib gəlməli idim. Katalon debütündə çox riskli gediş etdim (7.....Vd6) çünki sadəcə qələbə haqda düşünürdüm. Bu oyunda uduzsaydım üçüncü, heç-heçə etsəydim ikinci olacaqdım. Mənə yalnız qələbə lazım idi.  Partiyanın sonunda anladım ki, artıq uda bilməyəcəm. Gördüm ki oyun heç-heçəyə gedir və bunula da Dünya çempionluğu uğrunda mübarizəm də əldən gedir. Başımı aşağı salıb sadəcə beş dəqiqə hönkür-hönkür ağladım. Həyatımda ilk dəfə idi ki, taxta arxasında ağlayırdım. Və beləcə titulla sağollaşdım. Həmin an anladım ki, bu mənim şahmat tacı uğrunda apardığım son oyunum idi. Və bundan sonra heç vaxt "İdidaçılar turnirində" mübarizə aparmaq istəməmişəm. Çünki həmin o beş dəqiqə ərzində mən şahmat taxtası arxasında bütün şahmat həyatımla sağollaşdım". 

   Xatırladaq ki, Məmmədyarov 2018-ci ildə kareyerası ərzində ən yüksək reytinqinə yüksəlmişdir (2826). Bundan əlavə Şah həmin il Almaniyada keçirilmiş "İdidaçılar turnirində" də çox uğurlu çıxış edib, lakin sonda ikinci pilləni tutmuşdur. Sözügedən turnirin qalibi amerikalı Fabiano Karuana olmuşdur. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss